Menu

“Can Azərbaycanımız işğalda olan torpaqlarını 44 gündə geri aldı” - Ərdoğan

15.11.2020, 19:14
“Can Azərbaycanımız işğalda olan torpaqlarını 44 gündə geri aldı” - Ərdoğan

“Şimali Kipr Prezidenti Ersin Tatarın Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə səfəri olacaq”. Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türkiyə Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışındakı çıxışı zamanı səsləndirib.

Ərdoğanın sözlərinə görə, E.Tatarın bu səfəri Azərbaycana dəstək məqsədlidir.

R.T.Ərdoğan Şimali Kiprdən Azərbaycana salam göndərərək deyib: “Azərbaycandakı qələbələrin şahidi oldunuz. Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı. Hazırda onlar öz torpaqlarına yavaş-yavaş dönməyə başlayır. Bizlər bir ürək, bir dilək olduğumuz müddətdə öhdəsindən gələ bilməyəcəyimiz problem olmayacaq. Bizi bu şərəfli günlərə gətirən şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Şərhlər

Xalq 2020-11-15 22:57:34

ÇOX SAĞ OL ƏRDOĞAN QARDAŞ! SƏN AZƏRBAYCAN TÜRKLƏRİNİN HƏPİSİNİN QARDAŞI!

Agasef Qedirov 2020-11-15 21:52:43

Allah Erdogani Türk dunyasina cox gormesin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol