Menu

Əlcəzairin 74 yaşlı prezidenti koronavirusdan sağaldı

15.11.2020, 21:52
Əlcəzairin 74 yaşlı prezidenti koronavirusdan sağaldı

Oktyabr ayının sonundan yeni növ koronavirus infeksiyasından Almaniyadakı xəstəxanaların birində müalicə alan Əlcəzairin 74 yaşlı prezidenti Abdülməcid Təbbun sağalıb.

Bu barədə “Report” “TSA” portalına istinadən xəbər verir.

Rəsmi mənbələrə görə, həkimlər prezidentin tövsiyə olunan müalicə planını tamamladığını və hazırda protokoldan sonrakı tibbi müayinələrdən keçdiyini təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol