Menu

Yerevana daha 20 təyyarə sülhməramlı gətirildi

16.11.2020, 08:41
Yerevana daha 20 təyyarə sülhməramlı gətirildi

15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki “An-124” və 18 “İl-76” tipli hərbi nəqliyyat təyyarəsi Yerevan hava limanına enib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik əlavə edib ki, gün ərzində Rusiyanın hərbi təyyarələri ilə 58 avadanlıq - zirehli personal daşıyıcı, yük maşınları, tankerlər, ekskavatorlar və digər maddi-texniki avadanlıqlar Ermənistana gətirilib.

Daha əvvəl Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1 960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.

Şərhlər

BABA 2020-11-16 14:12:03

NİYƏ YEREVANA? BƏS ONLAR AZƏRBAYCANA GÖNDƏRİLMƏLİ İDEYİLDİLƏR?

Məzahir 2020-11-16 14:01:35

Niyə Azərbaycana göndərilən sülhməramlılar Ermənistandan keçib gəlirlər?Azərbaycanda hava məkanları yoxdurmu? Yoxsa burada rusiyanın məkrli gedişi mövcuddur? Buna hökmən diqqət verilməlidir.

Vətəndaş 2020-11-16 09:29:18

Bu addım bizim üçün çox böyük tarixi səhvdir. Bundansa əvvəlki vəziyyətdə nə sülh nə müharibə vəziyyətində qalsa idik

Vətəndaş 2020-11-16 09:24:37

Artıq sülh məramlı yox bır divizya daha doğrusu bir armiya yerləşdiri torpğımızda. Rusun bur girməyi millətimixə çox faciələr gətirəcək. Allah bizə köməy olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol