Menu

Azərbaycanlı hakim Ukrayna-Şimali İrlandiya matçını idarə edəcək

16.11.2020, 19:29
Azərbaycanlı hakim Ukrayna-Şimali İrlandiya matçını idarə edəcək

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb. "Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Ukrayna-Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.

Cabbarova Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol