Menu

Ermənistan prezidenti DİN müavinini vəzifəsindən azad etdi

17.11.2020, 00:44
Ermənistan prezidenti DİN müavinini vəzifəsindən azad etdi

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin polis qoşunlarının komandanı və Daxili İşlər nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Qurgen Dallakyanın vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalayıb.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Bildirilib ki, Sarkisyanın digər əmri ilə bu vəzifəyə Hayk Babayan təyin olunub.

Bundan əlavə, Ermənistan prezidenti həmçinin Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın istefaya göndərilməsi ilə bağlı də fərman verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol