Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, cari ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 20 milyard 207,1 milyon manat, xərcləri isə 20 milyard 722,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə büdcənin icrasında 515 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,9 faizi qədər kəsir yaranıb.


Şərhlər