Menu

“Üçtərəfli bəyanatın dəyişdirilməsinə imkan verməyəcəyik” - Lavrov

17.11.2020, 14:43
“Üçtərəfli bəyanatın dəyişdirilməsinə imkan verməyəcəyik” - Lavrov

“Qəbul edilən bəyanatın yenidən yazılması cəhdlərini görmürük. Düzgün anlayıramsa, hazırda Ermənistanda qəliz müzakirələr gedir. Öz ölkəsinin maraqlarını dəstəkləmək üçün birləşən 17 partiya bəyanatın birmənalı olaraq hər hansısa dəyişikliyə uğramasına qarşı çıxıblar”. “Report” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

“Biz buna istinad edirik və belə bir cəhdlərin olmaması üçün əlimizdən gələni edəcəyik”, - o qeyd edib.

XİN başçısı həmçinin ABŞ Dövlət Departamentinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatının detallarının izahının vacibliyi barədə açıqlamasını anlaqsız sayır.

Şərhlər

t.ədalət 2020-11-17 15:21:35

Biz reklamlarla məşğul olduğumuz vaxtlarda ermənilərlə ruslar əleyhimizə olan hərəkətlərlə məşğuldurlar.Lavrov-Kalantaryanın diqtəsi ilə hazırlanan müqavilədə Türkiyənin kənarda saxlanılmasının ağır bədəli olacaq.Rusiyanın işğalçı ordusu Xankəndiistiqamətində böyük bir döyüş ordudunun arsenalını yaradır."Sülhməramlının" bu qədər topu-tüfəngi olmur.Biz əleyhimizə olacaq çox böyük bir təhlükənin astanasındayıq.Biz Mürgülədikcə erməni oyanır.Türkiyə olmasa,onu gətirib ərazilərimizdə yerləşdirməsək Rusiyanın buynuzuna keçəcəyik.Kürdlərin istəyi ilə Türkiyəni kənarlaşdırmaq hakimiyyətin də sonu ola bilər.Rusiya hər an özünə daha sədaqətliləri hakimiyyətə gətirə bilər.

t.ədalət 2020-11-17 15:07:47

Azərbaycan lavrov-kalantaryanın danışıqlarda iştirakını bloklamasa ermənistan tərəfin məğlubiyyəti olmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol