Menu

“Solovyov və onun dəvət etdiyi qonaqlar açıq şəkildə Ermənistanın tərəfini saxlayıb” - Rusiyalı deputat

17.11.2020, 15:12
“Solovyov və onun dəvət etdiyi qonaqlar açıq şəkildə Ermənistanın tərəfini saxlayıb” -  Rusiyalı deputat

Rusiya Dövlət Dumasının deputatı Tamara Pletnyova Ümumrusiya Dövlət Televiziya və Radio yayımı Şirkətinin baş direktoru Oleq Dobrodeyevə müraciət edərək “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətinə qiymət verilməsini xahiş edib.

“Rosbalt”-ın məlumatına görə, deputat bildirib ki, V.Solovyov münaqişə müddətində tez-tez təxribatçı açıqlamalarla çıxış edib.

Qeyd olunub ki, V.Solovyov obyektivlik prinsiplərinə əməl etmək əvəzinə Dağlıq Qarabağda döyüşən tərəflərdən birinin mövqeyini dəstəkləyib: “Solovyov və onun dəvət etdiyi qonaqlar Azərbaycan və Türkiyə barəsində xoşagəlməz çıxışlar edərək açıq şəkildə Ermənistanın tərəfini saxlayıb”.

Şərhlər

Roma 2020-11-17 16:31:40

Rusiya dövlətinin nəzərinə çatdırılmalı və əgər ölçü götürülməzsə, yəni Rusiya bu kanalların özəl, sərbəstliyini bəhanə gətirərsə bizim də özəl kanallar Rusiyanın qabırğasına döşəməlidir...

t.ədalət 2020-11-17 15:34:17

Solovyov Putin və Kalantaryanın ağzı ilə danışır..

Türk 2020-11-17 15:24:13

Bu soloveyin başı erməni başına oxşayır. Yəqin mamaşası dədəsinin adını düz demiyib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol