Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur, regionda vəziyyət stabilləşir.
Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) ölkələrinin sammitində deyib.
O bildirib ki, sentyabr ayında kəskinləşmiş Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün Rusiya ciddi səylər göstərdi:
“Bizim vasitəçiliyimiz nəticəsində noyabrın 10-da atəşin dayandırılması və Dağlıq Qarabağda rusiyalı sülhməramlıların yerləşdirilməsi barədə razılaşmalar əldə olundu”.
Prezident əlavə edib ki, əldə olunan razılaşmalara əməl olunur:
“Döyüş əməliyyatları tamamilə dayandırılıb, vəziyyət stabilləşir. Beləliklə, münaqişənin ədalətli əsasda, həm Azərbaycan, həm də erməni xalqının maraqları çərçivəsində uzunmüddətli və tamformatlı tənzimlənməsi üçün şərait yaradılıb”.


Şərhlər
təəsüf ki, putin səni ölkəmizə buraxdılar, bunun əksi olmalı idi.
Putin açıq bəyan edir ki,rus qoşunları ermənilərin mənafeyinə xidmət etmək üçün regiopndadır.İkincisi,Şuşaya avtomobil yolunun Füzulidən çəkilməsi də göstərir ki,Putinin dediyi kimi ruslar reügiona uzunmüddətli gəliblər və yəqin ki oradan çıxmaq fikirləri də olmayacaq.