Qarabağ üzrə birgə Rusiya-Türkiyə mərkəzi pilotsuz uçuş aparatlarından istifadə edəcək. "Report"un məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
"Bizim Yaxın Şərqdə qarşılıqlı əlaqə üzrə çox yaxşı təcrübəmiz var, həmçinin Suriyada, İdlib zonasında, Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı əlaqə tələb olunmur. Amma biz razılaşdıq ki, birgə mərkəz yaradaq, hansı ki, pilotsuz uçuş aparatlarından istifadə edəcək. Bu aparatların köməyi ilə təmas xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik", - o "Rusiya 24" telekanalının efirində deyib.
“Azərbaycan onun suveren ərazisində birgə monitorinq mərkəzinin harada yerləşəcəyini özü müəyyən edəcək”- deyə, “RİA Novosti”nin məlumatına görə, Putin bildirib.
“Birgə monitorinq mərkəzi Azərbaycanın suveren ərazisində yerləşəcək. Azərbaycanın müstəqil qərar vermək hüququ var. Haranı məqsədə uyğun bilsə, orada yerləşdiriləcək”, - deyə V.Putin bildirib.


Şərhlər
Putin bütün çıxışlarında işğalçı olduğunu təsdiq edir.Bütün gücü ilə ermənilərlə razılaşmasnın,anti-Azərbaycan mövqeyinin tərəfdarı kimi çıxış edir.İnanmıram ki,Putinin bu aldadıcı fikri ilə Türkiyə razılaşıb ərazilərdə ermənilərin üstünlüyünə imkan yaratsın.Bəyanatı imzalayanda bizimkilər çox böyük səhvə- ermənilərin xeyrinə olan bir sənədə imza atmaqla yol veriblər.Rusiya indidən əraziyə həmişəlik gəldiyini sərgiləyir.Gah,erməni tərəfin bəyanatı poza biləcəyindən,gah da,guya bunun ermənilər üçün intihar ola biləcəyindən dəm vurur.Əgər Rusiya bizim razılaşmamızda Türkiyəyə yer vermədiyimizi əldə dəstəvuz edib türk hərbiçilərini regiondan kənasrda saxlasa,arzularımız ürəyimizdə qalacaq,gələcəkdə Rusiya tərəfindən daha böyük bəlaya düçar olacağıq.