Menu

"Ermənistan azərbaycanlıların Şuşaya qayıtmasının əleyhinə idi..." - Putin + VİDEO

17.11.2020, 23:34
"Ermənistan azərbaycanlıların Şuşaya qayıtmasının əleyhinə idi..." - Putin + VİDEO

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda görülən əsas işin qan tökülməsinin dayandırılması olduğunu söyləyib. Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.

“Dağlıq Qarabağda minlərlə öldürülmüş və zərər çəkmiş var— bu kino deyil, faciədir, hansı ki, konkret insanlarla bağlı baş verib, buna görə əldə olunmuş razılığın əsas nəticəsi qan tökülməsinin dayandırılmasıdır”, - deyə Rusiya Prezidenti qeyd edib.

“Rəsmi rəqəmlərə görə dörd mindən çox insan ölüb - düşünürəm ki, əslində daha çoxdur. On minlərlə insan yaralanıb, şikəst olub. Qulaq asın, bu kino deyil, həyatda, konkret insanlarla, xüsusi ailələrlə baş verən faciədir. Bu səbəbdən qan tökülməsinin dayandırılması əsas nəticədir”, - deyə Putin “Rossiya 24 ”telekanalının efirində, Qarabağla bağlı razılaşmalara toxunarkən bildirib.

"Edə bildiyimiz ən vacib şey qan tökülməsini dayandırmaq oldu", - Putin vurğulayıb.

V.Putin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevi Qarabağdakı hərbi əməliyyatları dayandırmağa, qaçqınların Şuşaya qayıtması şərti ilə, inandırdığını, ancaq Ermənistanın buna qarşı olduğunu bildirib.

Şərhlər

t.ədalət 2020-11-17 23:47:00

Birincisi,qanı tökənlərin əksəriyyəti rus hərbiçiləri idi.İkincisi, ac-yalavac ermənistanı silahlarla təhciz edib üstümüzə göndərən Rusiya idi.Üçüncüsü, qərbyönümlü Paşinyanın Azərbaycanın əli ilə cəzalandırılması elə Putinin arzusu idi.Bütün bunlar göstərir ki,regionu qan gölünə çevirən,çoxsaylı insan itkisindən bəhrələnən işğalçı Rusiya özü idi.Ancaq xəyanət planları həmişə arzu olunduğu kimi davam etmir.Elə bu müharibədə olduğu kimi.Bir-birinin düşməninə çevrilmiş respublikaların rus zəncirindən azad olması da gerçəkləşəcək.Bu gerçəkləşməni işğalçı "sülhməramlı"larla ram etmək mümkün olmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol