Menu

Türkiyə “Akkuyu” AES-in üçüncü blokunu tikəcək - Tikintiyə yaşıl işıq yandırılıb

18.11.2020, 10:07
Türkiyə “Akkuyu” AES-in üçüncü blokunu tikəcək - Tikintiyə yaşıl işıq yandırılıb

Türkiyə hakimiyyəti «Akkuyu» Atom Elektrik Stansiyasının (AES) üçüncü enerji blokunun tikintisinə icazə verib. Tikintini «Rosatom» həyata keçirəcək.

««Akkuyu» AES-in üçüncü enerji blokunun tikintisinə lisenziya verilib. Birinci reaktor 2023-cü ildə işə salınacaq və bizim eneri portfoliomuz getdikcə yeni enerji mənbəyinə diversifikasiya olunacaq» - Türkiyə Enerji Nazirliyinin «Tvitter» səhifəsindəki xəbərdə deyilir.

Bir həftə bundan əvvəl 100 faiz «Rosatom»a məxsus «Akkuyu Nuklear» Səhmdar Cəmiyyəti (SC) xəbər verib ki, «Akkuyu» AES-in tikinti meydançasına birinci enerji bloku üçün reaktorun gövdəsi gətirilib. AES meydançasında tikinti-quraşdırma işləri çox fəal şəkildə aparılır. Birinci blokda bəzi konstruktiv açar elementlər - daxili qoruyucu örtüyün ikinci cərgəsi, ferma-konsol və dayaq ferma quraşdırılıb, ərintinin lokallaşdırma qurğusu və reaktorun quru qoruyucusu layihə vəziyyətinə gətirilib.

Qrafik üzrə meydançaya əsas avadanlıqlar gətirilir: sentyabrın axırında «Vostoçnıy» yük terminalına Blok №1 üçün 4 paragenerator gətirilib, bu gün isə biz, birinci blokun «ürəyini» - atom reaktorunun gövdəsini qəbul edirik.

«Akkuyu» AES Türkiyədə ilk atom elektrik stansiyası olacaq. O, 4 eneri blokundan və BBER-1200 reaktorundan ibarətdir və təxminən, 20 milyard dollara başa gələcək. AES-in ümumi gücü 4800 MVt təşkil edəcək. Stansiya dünyada «tik-sahibi ol-istismar et» modeli üzrə yeganə layihədir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol