“ABŞ QARABAĞDAKI ATƏŞKƏS RAZILAŞMASINI POZMAĞA ÇALIŞIR” – Narışkindən senssasiyalı iddia

"Qərb erməni və azərbaycanlı millətçilərini Qarabağdakı atəşkəs razılaşmasını gözdən salmağa və pozmağa təhrik edir".

"AzPolitika.info" "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (FTX) rəhbəri Sergey Narışkin deyib. “Bizdə olan məlumata görə, bəzi Qərb ölkələri mövcud kanallar vasitəsilə erməni və azərbaycanlı millətçilərini atəşkəs müqaviləsini gözdən salmağa və pozmağa təhrik edirlər. Erməniləri Dağlıq Qarabağdakı sülhün İrəvan üçün məğlubiyyət olduğuna inandırmağa çalışırlar. "Acı sona qədər müharibənin" zəruriliyi fikri ortaya atılır. Digər tərəfdən, azərbaycanlılara Kremlin Azərbaycan ordusunun Xankəndini götürməsinin bir addımlığında “qələbələrini oğurladığı” deyilir ”, - deyə Narışkin bildirib.

FTX rəhbəri ABŞ və müttəfiqlərinin Qarabağdakı hərbi əməliyyatların Moskvanın vasitəçiliyi ilə dayandırılmasına görə əsəbiləşdiyini söyləyib.

Narışkinin fikrincə, bu cür hərəkətlər ABŞ-ın və onun avropalı dostlarının həmişə olduğu kimi problemlərini bu dəfə də sadə insanların - azərbaycanlıların və ermənilərin maraqları hesabına həll etdiklərinə sübutdur: "Amerikalılar və avropalılar təxribatlarının yeni qan tökülməsinə və bölgəni ciddi bir hərbi qarşıdurmaya qərq edə biləcəyindən narahat deyillər".

"AzPolitika.info"

635x100

Şərhlər

Roma 2020-11-19 13:18:35

Rusiya məkrli hiyləgər siyasət yürüdən dövlətdir, onunla düzgün və sərt danışıqlar aparılmalıdır...

Ahmed 2020-11-19 05:13:20

Qerb 30 il ne olduğunu gösterdi.Bizi Rusiyanin ağuşuna atdi.TurkiyeRusiya bu meseleni birlikde hell edecek.

narışkinə 2020-11-18 23:01:47

qələbəni əlimizdən Xankəndinin bir km-liyində siz aldınız rusiya, bu qulluğunuzda qalsın.

omar 2020-11-18 20:00:15

Narışkini biri başa salsın ki,Qərb düz deyir-faktiki Ermənistan məğlub olub və Azərbaycan da doğurdanda Xankindini alacaqdıki,rus özünü yetirdi,necə deyərlər Azərbaycanın qalibiyyətini həzm edə bilmədi..

həsən 2020-11-18 19:33:14

təcili olaraq ar-ın prezident aparatı, milli məclis, və bütün nazirliklər xankəndinə köçürülməlidir. vaxt itirmədən qərar qəbul edilməlidir

BOHTANCHI Narishkin - ə 2020-11-18 19:15:51

Narishkin, sen Azerbaycana qarshi ESASSIZ BOHTANLAR , YALAN MELUMATLAR ile MUNTEZEM, anti - Azerbaycan TEBLIQATDA ISHTIRAK ETDIN, senin Azerbaycan XALQININ dushmeni olduqunu, Azerbaycan cemiyyeti deqiq bilir.

t.ədalət 2020-11-18 18:29:17

Hazırda atəşkəsi Rusiya pozub və regiona işğalçı ordu yeridib.ABŞ Rusiyanı regiondan uzaqlaşdırmaqla müharibənin sülhlə başa çatmasına çalışır.

Son yazılar