“RUSİYA BİZƏ ELƏ SİLAHLAR VERİRDİ Kİ...” – Erməni general Rusiyanın müharibədə iştirakını açır

“Rusiya müharibə dövründə Ermənistana tələb olunan bütün silahları, hətta daha artığını çatdırırdı”.

Belə etirafla bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan çıxış edib.

“AzPolitika” erməni KİV-lərinə istinadla bu barədə xəbər verir.

“Rusiya müharibənin ilk günlərindən Ermənistana elə silahlar çatdırırdı ki, biz bu haqda xəyal belə edə bilməzdik. Bunlar Ermənistanın hökumət rəhbərinin Rusiya prezidenti ilə danışığından əvvəl edilirdi”, - Akopyan razılıqla bildirib. O, həmçinin əlavə edib ki, bu müharibə dövründə Qusiya həqiqi dost kimi davranıb, baxmayaraq ki, Ermənistan rəhbərliyi özünü çox da adekvat aparmırdı.

Akopyanın bu etirafları ondan xəbər verir ki, 44 günlük müharibəni Ermənistanla birlikdə Rusiya da uduzub. Belə ki, Rusiya rəhbərliyi sözdə neytral kimi görünsə də, Ermənistanın məğlub olmaması üçün əlindən gələni edib, sərəncamında olan ən müasir silahları bu ölkəyə təqdim edib. Lakin bizim sərəncamımızda olan Türkiyə və İsrail silahlarının və Azərbaycan əsgərinin əzmi, qəhrəmanlığı sayəsində istəyinə nail ola bilməyib və biabırçı şəkildə məğlub olub.

“AzPolitika”

635x100

Şərhlər

Yalçın 2020-11-20 07:24:18

Rus qoşunlarınl dərhal Qarabağdan çıxarralıylq.

VƏTƏNOĞLU 2020-11-20 06:53:57

rus, fars, erməni bunlar TÜRKÜN düşməni. Bu 3 millət bizim əbədi düşmənimizdir. HEÇ BİR ZAMAN bunlardan bizə dost olmayıb, olmayacaqda!

Amon 2020-11-19 22:44:28

5ci kolon ve rusa meddahliq eliyen memurlar deputatlar sefirlerden canimizi qurtarmasaq hele cox 20 yanvarlar ve xocalilar yasiyacaq bu xalq.allah ozu komek olsun bu serefli xalqimiza

B.Qarabağlı 2020-11-19 21:43:55

Rusiya tarixində heç bir müharibəni uduzmayıb! Əksinə, 1890-1917ci illərin aclığına Türkiyə ilə müharibə-qarəti ilə qurtulub, Sonra V.İ.Ulyanov Atatürklə sazişlə Qara dəniz və Bakı_Batumi dəmir yolu neft-ərzaq daşımaları ilə SSRİni aclıqdan xilas edib!

t.ədalət 2020-11-19 18:25:34

Biz demişik və deyirik ki,bizim tarixi və genetik düşmənimiz Rusiyadır.Rusiya qatil ölkə kimi tarix boyu bizə qarşı törətdiyi qətliamnlar və soyqırımlarla yadda qalıb.Bizim xəyanətkar ideoloqlar həmişə qatildən dost yaratmaqla məşğul olublar.Yaxşı olar ki,xainlər və "beşinci kolon" deyilən rus casusları,heç olmasa düşmən erməninin söylədiklərinə baxsınlar.Zalım dəyişmir,o həmişə zalımdır!

OXUCU 2020-11-19 17:58:36

Kül sənin başına Movsis Akopyan biz bunu çox yaxşı bilirik.Siz də bədbəxt olduz Rusiya da.Onsuz da biz heç vaxt Rusiyaya inanmamışıq.inanmırıq da.ÇOX BİLMİŞ TÜLKÜ İKİ AYAĞI İLƏ DÜŞƏR TƏLƏYƏ.Sizinki elə oldu.Rusiya silahi sizə verdi ,siz də o silahları döyüş meydanında qoyub qaçdız,biz də elə o silahla da sizin başınızı əzib,iti qovan kimi qovduq.Ölün də niyə yaşıyırsız.

Azər 2020-11-19 17:52:38

Deməli Türk silahları rus silahlarından üstün, Azərbaycan əsgəri də erməni dığalarından müqayisə olunmayacaq dərəcədə igid və bacarıqlıdır. Azərbaycan Əsgərini erməni ilə müqayisə etdiyin üçün bütün Əsgərlərimizdən üzr istəyirəm.

Son yazılar