Menu

“Müsəlman qardaşlar”ının liderləri həbs edildi - 15 il

12.10.2014, 10:00
“Müsəlman qardaşlar”ının liderləri həbs edildi - 15 il

Qahirə Cinayət Məhkəməsi bu ölkədə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” assosiasiyasının liderlərindən bir neçəsini “2011-ci il inqilabı” dövründə opponentlərini işgəncələrə məruz qoymaqda ittiham üzrə uzunmüddətli həbs cəzasına məhkum edib.

AzərTac- ın Misir KİV - lərinə istinadən məlumatına görə, “Müsəlman qardaşlar” assosiasiyasının rəhbərliyinin üzvü Məhəmməd əl-Beltaqi, vaiz Safuat Hiqazi, keçmiş parlamentin deputatı Hazem Faruk və Qətərin “Əl-Cəzirə” telekanalının əməkdaşı Əhməd Mənsur hərəsi 15 il həbs cəzasına məhkum olunub.

Qeyd etmək lazımdır ki, məhkəmədə 2011-ci ilin yanvar-fevral aylarında baş vermiş hadisələr araşdırılıb. O vaxt kütləvi iğtişaşlar dalğasında Misirin sabiq prezidenti Hüsni Mübarək istefa vermişdir. İslamçı assosiasiyanın bu iş üzrə mühakimə olunan daha bir neçə nümayəndəsi, o cümlədən gənclərin işləri üzrə sabiq nazir Üsəma Yasin 3 il dəmir barmaqlıqlar arxasında qalmalı olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol