Menu

Bu gündən bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir

21.11.2020, 00:19
Bu gündən bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir

Bu gündən xüsusi karantin rejiminin qüvvədə olduğu dekabrın 28-dək ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

Qərarda bildirilir ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol