Menu

Ermənilər Qarabağdakı pravoslav kilsəsini xarabaya çeviriblər – FOTOLAR

21.11.2020, 11:16
Ermənilər Qarabağdakı pravoslav kilsəsini xarabaya çeviriblər – FOTOLAR

Qarabağ savaşı Azərbaycanın qələbəsilə bitəndən sonra Rusiya və Ermənistan KİV-ləri, ayrı-ayrı ermənipərəst siyasətçilər yeni mövzu tapıblar – Qarabağdakı tarixi, dini və mədəni abidələrin qorunması.

Kəlbəcərdəki məlum kilsəylə bağlı ajiotaj yaradan bu qüvvələr hər vəchlə Azərbaycan ətrafında dini abidələrə qarşı vandalizm aktı törədən dövlət imici yaratmağa çalışırlar. İş o yerə çatıb ki, Vladimir Putin də Qarabağdakı sülhməramlı kontingentin rəhbərliyi ilə söhbətində sözügedən abidələrə xüsusi diqqət ayrılmalı olduğunu deyib və insanların hansı tərəfi təmsil etmələrindən asılı olmayaraq, həmin yerləri təhlükəsiz şəkildə ziyarətinin təmin olunmasını tapşırıb.

Təbii ki, bütün bu “narahatlığın” kökü tamamilə başqadır və burada tarixi, dini amildən daha çox siyasi amil üstünlük təşkil edir. Və guya tarixi-dini abidələrin mühafizəsi bəhanəsilə Azərbaycana siyasi təzyiq göstərilməsinə cəhd edilir. Əgər belə olmasaydı, elə həmin Rusiya siyasətçiləri, bu ölkənin mərkəzi dövlət telekanalları Kəlbəcərdəki kilsədən daha çox Qarabağdakı yeganə pravoslav kilsəsinin qeydinə qalardılar. Bəli, Rusiya Pravoslav Kilsəsinin Qarabağda, ermənilərin nəzarətindəki ərazidə sadəcə bir kilsəsi var. Bu kilsənin hansı vəziyyətdə olduğunu isə aşağıdakı fotolardan görə bilərsiniz.

“AzPolitika.info” xəbər verir ki, sosial şəbəkələrdə dərc edilən bu fotolar Xocavənd rayonu ərazisindəki “Preobrajeniya Qospoda” pravoslav kilsəsinə aiddir. Şəkillərdən də bu dini məbədin hansı vəziyyətə salındığı açıq-aydın görünür. Bu, erməni vandalizminin növbəti sübutuduir. Rusiyada ermənilər üçün canıyananlıq edən KİV-lər və siyasətçilərə başa salan lazımdır ki, baxın, budur ermənilərin sizin dinə, təriqətə verdiyi qiymət. Bu məbədi azərbaycanlılar yox, ermənilər bu kökə salıb. Həmin ərazi 1992-ci ildə işğal olunmuş Xocavənd rayonuna aiddir və 30 ildir ki, qondarma rejimin nəzarətindədir.

Məlum olduğu kimi, ermənilər xristian olsalar da, xristianlığın özlərindən başqa heç bir qolu ilə yola getmirlər. Xocavənddəki provaslav kilsəsinə münasibət də elə həmin xislətdən irəli gəlir. Bu xəstə toplum üçün məscidlərlə digər mənsəbdən olan xristian abidələrinin heç bir fərqi yoxdur. Ona görə də sözügedən kilsəni bizim məscidlərlə eyni hala salıblar.

Yəqin ki, hər necə olsa Rusiyadakı ermənipərəstlər bu fotoları görəcəklər. Bundan hansı nəticə çıxaracaqları öz işləridir. Lakin Kəlbəcərdən məlum kilsəni talan edərək, hətta kilsə zənglərini də söküb aparan ermənilərdən fərqli olaraq, Azərbaycan tərəfi ölkəmizdəki heç bir pravoslav kilsəsini dağıtmayıb. Əksinə, bu abidələr təmir edilib, yeni kilsələr tikilib və insanların ibadəti üçün hər cür şərait yaradılıb. Kəlbəcərdəki kilsə ilə bağlı canfəşanlıq edənlər isə bilməlidirləır ki, Kəlbəcər işğal edilməzdən əvvəl uzun illər həmin kilsə Azərbaycanın nəzarətində olub. Ancaq onun bir daşına da toxunan olmayıb. Əgər Azərbaycan Ermənistan kimi vandallıq etsəydi, həmin abidədən əsər-əlamət qalmazdı və o, Xocavənndəki pravoslav kilsəsinin gününə salınardı.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Xalq 2020-11-21 13:32:15

Qarabağda bütün dini abidələr təmir olunacaq. Kəlbəcər bizdə idi ki, onu təmir edək? Bu pravoslav kilsəsi də təmir olunacaq arxayın olun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol