“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini və suverenliyini tanımayıb. Bu, o demək idi ki, beynəlxalq hüquq baxımından həm Dağlıq Qarabağ, həm də ətraf rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi olub və indi də elədir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının efirində Dağlıq Qarabağın ərazi mənsubiyyəti barədə sualı cavablandırarkən deyib.
Vladimir Putin qeyd edib ki, KTMT üzvlüyü şərtləri Rusiyanı münaqişəyə qarışmaq məcburiyyətində qoymayıb.
“KTMT müqaviləsi, bu müqaviləyə üzv dövlətin ərazisinə təcavüz halında qarşılıqlı yardım nəzərdə tutur.
Ermənistan Respublikası ərazisinə heç kim müdaxilə etməyib və bu, bizə hərbi əməliyyatlarda birbaşa iştirak etməklə bağlı heç bir hüquq vermir”, - deyə Rusiya lideri bildirib.

Şərhlər
Putinin çıxışının arxasında dəhşətli bir işğal planı yatır.O,bizim başımızın altına yastıq qoya-qoya Kəlbəcərdə kilsə daşlarının(?!) yanına rus ordusunun yaraqlılarını düzür.Xocavənddə terrorçu Araiklə məsləhətləşmələr aparır.Xəzər dənizindəki sualtı gəmiləri ilə hücum sınaqları keçirir.
.... indide ermenileri oyuncaq DQr tanimaq barede ehyam vurur !!! .....senin kimilerin sayesin de bu ermeni tulalari dil acib
Putinin meqsedi bizim xalqimizi sakitlesdirmekdi.ancaq meqsedi niyyeti eynidi
Bəs,niyə uzun illər idi ki,qoşunlarını Qarabağdan çıxarmırdın?
Rus çox söz deyə biulər. 2 əsrdir deyir, ancaq başqa formada rəftar edeir. 200 il bizə bəs etmədimi dost düşmənimizi yaxşı tanıyaq. Gecə yatıb sabah başqa söz deyər,heç deməz də başlayar 200 ildə etdiyini etməyə.