Rusiya Beynəlxalq Mina Əməliyyat Mərkəzi bölmələrinin mütəxəssisləri Qarabağa gələcəklər. Bu barədə “RİA Novosti” ölkənin Müdafiə Nazirliyinə istinadla xəbər yayır.
“Çkalovski hava limanından Rusiyanın “An-124” , “İl-76” və “Tu-154” Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiya təyyarələri Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssislərini, texnika və silahlarını, eləcə də, xidməti itləri bölgədəki sülhməramlı əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün Dağlıq Qarabağa çatdırıb”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, xüsusi heyət İrəvan - Gorus - Xankəndi marşrutu ilə irəliləməyə hazırdır.
Mütəxəssislər təyinat yerinə çatdıqdan sonra partlayıcı obyektlərin mühəndis kəşfiyyatı, minalardan təmizlənməsi və məhv edilməsi üçün tapşırıqları yerinə yetirməyə başlayacaqlar.


Şərhlər
putinlə makaronun təzə planı var. Bunlar istəyirlər ki, ermənistan Qarabağın müstəqilliyini tanısın. Ondan sonra hər iki dövlət ermənistanı qorumaq üçün onun tərəfində döyüşə başlasınlar. Diqqətli ol millət. Bu tələyə qarşı nəsə fikirləşməliyik.
Rusiya açıq-saçıq müxtəlif adlar altında Qarabağı işğalçılarla doldurur.