"DÜŞMƏN HƏRBİ CİNAYƏTLƏRİNƏ GÖRƏ CAVAB VERƏCƏK!" - İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərinə gedib + VİDEO (Yenilənib)

“Sağda da düşmən tərəfindən dağıdılmış Azərbaycan vətəndaşlarının evləri. Bütün dünya görsün ki, vəhşi düşmən nə günə qoyub bizim kəndlərimizi.

 Bunu işğaldan azad edilən Ağdama səfər edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Birinci vitse-prezident Mehriban Əliyevanın “İnstagram” səhifəsində yaydığı videoda İlham Əliyev düşmənin müdafiə xəttini göstərərək, Azərbaycan vətəndaşlarının düşmən tərəfindən dağıdılmış evlərinə diqqət çəkib: “Hansı vəhşilərlə biz üz-üzəydik, hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar.

Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər”.

“Baxın, müdafiə xətti. Ağdam şəhərinədək bir neçə ədəd müdafiə xətti var idi düşmənin"- deyə, Prezidenti İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı bildirib.

“Biz işğaldan azad edilmiş torpaqlara keçirik. İstiqamət Ağdam şəhəridir. Ağdam şəhərini və işğal altında olmuş Ağdam rayonunun torpaqlarını biz bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək məcbur etdik ki, Ağdam rayonundan çəkilsin”, - Prezident bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

Bu barədə Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində məlumat verilib.

635x100

Şərhlər

Səbuhi 2020-11-23 22:06:24

QƏDƏMLƏRİNİZ MÜBARƏK CƏNAB PREZİDENT. İNŞALLAH AĞDAM CAMAATI SİZİN RƏHBƏRLİYİNİZ ALTINDA TORPAQLARINA QAYIDACAQ, MƏN TƏSƏVVÜR EDƏ BİLMİRƏM Kİ, AĞDAM CAMAATI SİZİ NECƏ QARŞILAYACAQ.

Son yazılar