Menu

Əlcəzair səfiri Füzuliyə səfər edib - FOTO

24.11.2020, 18:17
Əlcəzair səfiri Füzuliyə səfər edib - FOTO

Əlcəzairin Azərbaycandaki səfiri xanım Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin 22 Noyabr 2020-ci il tarixində təşkil etdiyi azad edilmiş Füzuli şəhərinə səfərində iştirak edib.

Bu barədə səfirliyin açıqlamasında məlumat verilir.

Xanım səfir bildirib ki, dağılmış şəhər, beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb.

Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol