"BİZ DÜŞMƏNİ MƏSULİYYƏTƏ CƏLB EDƏCƏYİK, CAVAB VERƏCƏK!"- Prezidentin xalqa müraciətinin TAM MƏTNİ + VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Müraciəti təqdim edirik.

-Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.

Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir.

Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. 

Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların heç bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi - komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici işlər naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri. Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadlara baxın. Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəçilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi? Bizim dərdimiz və faciəmiz budur ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər və ölkəmizi uçuruma apardılar.

Əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Gəncəni bombalamışdılar. Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər.

Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. 

Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir.Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın.

Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırır. Ancaq mənfur düşmən bizi bu imkanlardan məhrum etdi. Çünki Tərtər çayı 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng su anbarı o vaxt o məqsədlə tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işləri təmin edilsin. O vaxt Sərsəng su anbarı inşa ediləndən sonra heç vaxt suvarılmayan 100 min hektar ərazi artıq suvarılmağa başlamışdır. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qaynaqlanırdı. Mənfur düşmən suyumuzu kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün torpaqları. Bax, bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Baxın, Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur.

Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.

Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır.

Kəlbəcərdə mənfur düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb. Həm Ermənistan ərazisindən qanunsuz yollarla orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə hərbi cinayətdir və Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır. Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan.

Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi - Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır. Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən.

Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait yaradıblar. Onlara söz deyən olmayıb. Amma mənfur düşmən bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb. Hesab edir ki, bu, bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik - ucqar dağlara çəkmişik, dağ kəndlərinə çəkmişik. Hamısını bərpa edəcəyik, hamısını. Artıq müvafiq göstərişlər verilibdir və əminəm ki, biz bu işləri vaxtında görəcəyik.

Düşmən Kəlbəcərə yeni eybəcər bir ad verib. Onlar “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdilər. Hanı o xəritələr? Hamısı məhv oldu. O xəritələr, sadəcə olaraq, kağız parçasıdır. Həm Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, Şuşanı, eyni zamanda, ətrafda yerləşən bütün 7 rayonu da aid etmişlər “Dağlıq Qarabağ respublikası”na. Bu xəritələri dərc edirdilər, dərsliklərə salmışdılar, sərgilərdə nümayiş etdirirdilər. Bu xəritələri onlar elə təqdim edirdilər ki, budur “Dağlıq Qarabağ respublikası”. İndi nə qalıb o xəritələrdə? Heç nə. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində lazımi addımlar atıbdır.

Mən bir daha danışıqlar dövrünə qayıtmaq istəyirəm. O vaxt dəfələrlə mənə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Deyə bilərəm ki, bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Bu, ifadələr açıq mətbuatda da var. 

Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur. Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra məni ittiham etməyə başlayırdılar ki, İlham Əliyev müharibəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail olacaq. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcəklər, onların arxasında duracaqlar, onların əvəzinə müharibə aparacaqlar. Onlar, ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur. Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb. Bu gün də hamıdan narazıdırlar.

Bu gün də hamıya qarşı iddialar irəli sürürlər ki, nə üçün bizi heç kim müdafiə etmir. Sizi kim müdafiə etməlidir? Siz müstəqil ölkəsiniz, - əgər belə demək mümkündürsə, - müstəqil ölkə kimi də yaşayın, bu, birincisi. İkincisi, siz başqasının torpağını zəbt etmisiniz. Bir milyon insanı evsiz-eşiksiz qoymusunuz. Bütün binaları, evləri, şəhərləri dağıtmısınız. Siz özünüzü vəhşilər kimi aparmısınız. Haqq-ədalət sizin tərəfinizdə deyil, beynəlxalq hüquq sizin tərəfinizdə deyil, tarixi həqiqət sizin tərəfinizdə deyil. Amma hesab edirdilər ki, bu torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək. Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə barışacaq. Səhv etdilər. Heç vaxt biz bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun. Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. 

Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu. Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. 

Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram. O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi. Müharibənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib.

Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Şərhlər

Adil 2020-11-25 12:38:36

Ermənidən rusdan danışmaq lazımdır. Minlərlə şəhid verdiyimiz bir vaxtda öz vətəndaşlarımızı düşmən kimi qələmə vermək... Qurtarmaq lazımdır bu söhbətləri

Son yazılar


Новости

Обзор на FairPhone 3

Трудно не быть очарованным смартфоном, который поставляется с отверткой в коробке, особенно когда он такой же маленький и изящный, как тот, который поставляется с Fairphone 3 Plus. На самом деле это единственный аксессуар, который вы получаете вместе с телефоном. Там нет USB-кабеля, нет настенного зарядного устройства и определенно нет наушников в коробке. Эта маленькая отвертка является важным показателем того, что вы получаете с новейшим устройством от устойчивого производителя смартфонов Fairphone. Во-первых, телефон предназначен для того, чтобы быть как можно более ремонтопригодным. Это модернизированная версия прошлогоднего Fairphone 3, одного из двух устройств, получивших идеальную оценку ремонтопригодности от iFixit. Помимо ремонта, Fairphone также пытается использовать этические материалы там, где это возможно, и предлагает хорошие условия работы для людей, производящих его телефоны. Все это благородные цели, и трудно не желать успеха Fairphone. Но желание, чтобы производитель смартфонов добился успеха, означает, что его устройства соответствуют высоким стандартам, потому что именно так он может привлечь самую большую аудиторию и создать самый большой положительный эффект. Однако держать Fairphone 3 Plus в соответствии с этими более высокими стандартами может быть неприятно. При цене € 469 / £425 (Fairphone 3 Plus недоступен для покупки в США, но это примерно $550) он конкурирует по цене с такими моделями, как Pixel 4A (€349 / £349) и iPhone SE этого года (€489 / £399). Это переполненная ценовая точка, в которой Fairphone 3 Plus изо всех сил пытается быть конкурентоспособным. ОБЗОР OFFAIRPHONE 3 PLUS .РЕЗУЛЬТАТ 7 ИЗ 10 Плюсы Легкий для того чтобы отремонтировать Разъем для наушников Поставляется с крошечной отверткой Минусы Низкая производительность Иногда глючит программное обеспечение Так себе камера Прежде чем мы начнем говорить о самом телефоне, стоит немного поговорить о том, как он сделан. Во-первых, 40 процентов пластика, используемого в его конструкции, перерабатывается, как и некоторая часть меди. Он использует золото Снимите заднюю крышку телефона, и вы найдете съемный аккумулятор и набор легкодоступных винтов. Как только вы получите заднюю часть телефона, вы сможете увидеть все конструктивные особенности, которые способствовали этому идеальному показателю ремонтопригодности. Нет никакого неудобного клея или фирменных винтов, удерживающих телефон вместе, просто серия пластиковых застежек и стандартных винтов с крестообразной головкой. Это очаровательно в своей простоте,но это также делает устройство старомодным. По сравнению с большинством современных смартфонов Fairphone 3 Plus представляет собой громоздкую пластиковую плиту. У него большие толстые рамки над и под экраном, странно выступающий наушник и селфи-камера. Если вам нравится технология, которая выглядит как технология, то вы ее оцените, но она далеко не гладкая. Функционально эта конструкция также может быть немного неудобной. Я обнаружил, что Fairphone 3 Plus имеет раздражающую дизайнерскую причуду, когда расположение заднего датчика отпечатков пальцев находится слишком высоко на задней панели телефона, заставляя меня перенастроить захват, чтобы разблокировать телефон. Как правша, он также чувствовал себя немного странно, имея кнопки громкости и питания на левой стороне. С другой стороны, моя соседка-левша любила его. Делайте из этого что хотите. Есть задний датчик отпечатков пальцев,но он неудобно высоко. Да, там есть разъем для наушников. Если отбросить в сторону дизайнерские претензии, то остальная часть внешнего вида Fairphone 3 Plus ничем не примечательна. У него есть ЖК-дисплей 1080p, который не очень яркий с цветами, которые выглядят немного размытыми. Его единственный динамик средний, и, в отличие от многих других телефонов, он расположен на левой стороне устройства, а не внизу. Это место означало, что я случайно покрыл его немного меньше, когда держал телефон в альбомном положении, чтобы смотреть видео, но больше, когда держал его в портретном. Как бы то ни было, вы захотите использовать наушники здесь, так что, к счастью, есть 3,5-мм разъем для наушников, чтобы сделать это проще для вас. FAIRPHONE 3 PLUS НЕ ОЧЕНЬ БЫСТРЫЙ ТЕЛЕФОН С точки зрения производительности Fairphone 3 Plus пыхтит. Он работает на Snapdragon 632 с 4 ГБ оперативной памяти, что переводится в двухлетний чип с таким объемом оперативной памяти, который в наши дни сходит с рук только бюджетным телефонам Android. Заикание-это факт жизни с Fairphone 3 Plus, независимо от того, активируете ли Вы Google Assistant для выполнения быстрой задачи, переключаетесь между приложениями или открываете ящик приложений. Я также столкнулся с парой раздражающих ошибок во время работы с телефоном. Больше всего меня раздражало то, что я не мог найти способ импортировать свои контакты WhatsApp или резервную копию чата. Каждый раз, когда я пытался это сделать, приложение застревало в цикле загрузки, который не заканчивался даже после того, как я оставлял его работать в течение получаса. Я использую бета-версию WhatsApp для Android, но даже в этом случае я никогда не испытывал этого на других устройствах. После переключения Android на жестовую навигацию я также обнаружил, что элементы пользовательского интерфейса на главном экране будут перекрываться друг с другом. Это заставляет телефон чувствовать себя немного дешевым. Включите управление жестами, и элементы пользовательского интерфейса телефона иногда могут накладываться друг на друга. У Фэйрфона большие рамки. Время автономной работы Fairphone 3 Plus не является чем-то исключительным. В большинстве случаев я заканчиваю день примерно с 40 процентами заряда, но это я работаю из дома, поэтому я не занимаюсь чем-то таким интенсивным, как навигация. Время включения экрана сильно варьировалось между минимумом в три и максимумом в пять с половиной часов. При нормальном использовании, я думаю, что это телефон, который продержится примерно один день, но не намного больше. По крайней мере, часть этого устаревшего оборудования можно обвинить в том, что Fairphone 3 Plus по сути является тем же телефоном, что и прошлогодний Fairphone 3. Это сделано специально, поскольку это означает, что любые владельцы Fairphone 3, которые хотят воспользоваться модернизированными камерами Fairphone 3 Plus, могут купить их отдельно в качестве модулей обновления для своего существующего телефона, а не покупать совершенно новый телефон. Это интересный ответ на критику, с которой сталкиваются такие компании, как Apple, за выпуск новых телефонов каждый год, что, по мнению критиков, поощряет ненужные ежегодные обновления. Это замечательная конструктивная особенность, но она создает неудачные компромиссы для конечного устройства. FAIRPHONE 3 ВЛАДЕЛЬЦЫ МОГУТ ПОЛУЧИТЬ НОВЫЕ КАМЕРЫ, КАК ОБНОВИТЬ МОДУЛИ Эти конкретные обновления камеры в Fairphone 3 Plus сосредоточены на его новых датчиках с более высоким разрешением. Задняя камера увеличилась с 12 до 48 мегапикселей, в то время как селфи-камера теперь составляет 16 мегапикселей по сравнению с 8 мегапикселями в прошлом году. Вы по-прежнему получаете только одну заднюю камеру, но, учитывая, насколько низко разрешение и ненужно много вторичных камер, это, вероятно, приемлемый компромисс. Однако, несмотря на улучшение разрешения, общее качество фотографий, сделанных Fairphone 3 Plus, остается в порядке. Возможно, его цена не такая, как у флагмана, но он все равно стоит на 75 фунтов дороже, чем Pixel 4A, среднечастотный телефон, который предлагает очень схожую производительность со своими более дорогими братьями и сестрами. ВИД СЕТКИ 1 из 19 При дневном свете Fairphone 3 Plus имеет тенденцию производить детализированные изображения с большим контрастом. У них есть удар, но иногда это может происходить за счет теневых деталей, и изображения иногда могут выглядеть чрезмерно резкими. Эта комбинация может создать некоторые шумные фотографии. Это особенно заметно в условиях низкой освещенности, когда детали могут быть вытеснены из более темных областей изображения. Это означает, что когда все становится действительно темным, вы можете полностью потерять детали. Однако в целом мне понравились фотографии, которые я получил из селфи-камеры Fairphone 3 Plus. Несмотря на улучшения камеры, Fairphone 3 Plus по-прежнему предлагает среднюю камеру смартфона. Это прекрасно при дневном свете, но вы не получаете большой гибкости, а при слабом освещении изображения могут выглядеть зернистыми и лишенными деталей. Модернизированные модули камеры телефона обеспечивают только средние фотографии. Мне кажется неправильным критиковать Fairphone 3 Plus по тем же показателям, которые мы используем для ранжирования других смартфонов, потому что он прилагает такие усилия в областях, которые не интересуют многих других производителей. Это действительно замечательно, насколько легко разобрать этот телефон на части,и усилия Fairphone по этическому источнику его материалов должны быть одобрены. БЮДЖЕТНЫЙ ТЕЛЕФОН СО СРЕДНЕЙ ЦЕНОЙ Но все эти усилия, какими бы стоящими они ни были, имеют свою цену. С точки зрения устройства, которое находится в ваших руках в конце дня, вы платите больше за меньшую функциональность. Производительность может быть глючной и медленной, а время автономной работы и производительность камеры-средними. Это телефон с шармом, но он далек от стильного, гладкого или любого другого комплимента, который мы бросаем вокруг телефонов других производителей. Если вы кто-то, кто хочет более этичную и устойчивую альтернативу бюджетному устройству стоимостью 200 фунтов стерлингов, то Fairphone 3 Plus обеспечивает это. Он будет обслуживать ваши потребности так же, как и бюджетный смартфон в 2020 году, но с премией по цене, которая отражает его этические материалы и ремонтопригодность. Но не ожидайте, что это будет конкурировать с другими аналогичными по цене телефонами. Fairphone имеет разные приоритеты, и для того, чтобы купить один из его телефонов, вам нужно поделиться ими. СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ: FAIRPHONE 3 PLUS Каждое интеллектуальное устройство теперь требует от вас согласия на ряд условий, прежде чем вы сможете использовать его — контракты, которые никто на самом деле не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали точно подсчитывать, сколько раз вы должны нажать "согласен", чтобы использовать устройства, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Fairphone 3 Plus, вы должны согласиться: Условия предоставления услуг Google Условия предоставления услуг Google Play Политика конфиденциальности Google (включена в ToS) Установка приложений и обновлений: “вы соглашаетесь с тем, что это устройство также может автоматически загружать и устанавливать обновления и приложения от Google, вашего оператора связи и производителя вашего устройства, возможно, используя сотовые данные.” Следующие соглашения являются необязательными: Подписка на рассылку новостей Fairphone означает согласие с условиями предоставления услуг и политикой конфиденциальности Fairphone Анонимные данные о местоположении для сервисов Google "Разрешите приложениям и службам сканировать сети Wi-Fi и близлежащие устройства в любое время, даже когда Wi-Fi или Bluetooth выключены.” Отправляйте данные об использовании и диагностике в Google Кроме того, если вы хотите использовать Google Assistant, вы должны согласиться позволить Google собирать информацию о приложениях и контактную информацию с ваших устройств. Другие функции, такие как Google Pay, могут потребовать дополнительных соглашений. Окончательный итог: четыре обязательных соглашения и не менее пяти факультативных.

Обзор: Motorola razr 2020

Какую разницу дают нам 11 месяцев? Именно столько времени потребовалось Motorola, чтобы повторить оригинальный римейк Razr. За это время Motorola втиснула 5G и улучшила практически каждый аспект телефона. Практически каждый аспект оригинального Razr 2019 года нуждался в улучшении — это был беспорядок. Этот Razr 2020 года в порядке. Но при цене в 1399 долларов это также невероятно дорого по сравнению с любым другим не складывающимся телефоном с аналогичными возможностями. Стоит ли эта цена вообще того, зависит от того, сколько вы готовы отдать, чтобы иметь классный, вызывающий ностальгию флип-телефон со складным экраном. Новый Razr-классный телефон, в этом нет никаких сомнений. И теперь, когда он прошел минимальную планку удобства и качества, я в основном наслаждался его использованием. Но я бы не хотел платить за это. Обзор Motorola Razr: складные флип-флопы 6 ИЗ 10 Плюсы Это классный телефон-раскладушку Полезный внешний дисплей Минусы Дорогой Несогласованная камера Нечетное размещение отпечатков пальцев Не полностью устойчив к воде или пыли Купить за $1,399.99 от Motorola купить за $1,199.99 от лучших купить Razr кажется очень тонким, когда его открывают, но он не тоньше стандартного iPhone Razr кажется очень тонким, когда его открывают, но он не тоньше стандартного iPhone. ДИЗАЙН MOTOROLA RAZR (2020) MotorolaMotorola проделала большую работу, сохраняя классический внешний вид Razr с этой итерацией, вплоть до изогнутых краев и выступающего подбородка внизу. Когда он закрыт, это элегантная, красивая вещь. Открытый, он кажется тоньше, чем есть на самом деле — он примерно такой же толщины, как ваш стандартный iPhone, но общий дизайн имеет тот же дух Razr. Пластиковый экран тоже чувствует себя лучше, благодаря некоторым тонким изменениям в системе шарниров, которые делают его немного прочнее. В середине все еще есть какие-то странные выпуклости, но ни один складной телефон еще не придумал способа избежать этого. Это не самый красивый экран — при 876 х 2142 пикселях он имеет очень высокое соотношение сторон, а в целом его цвет и четкость выглядят средними. Razr складывается полностью ровно, без зазора, в отличие от Samsung Galaxy Z Flip. Шарнир на Razr 2020 года значительно улучшен, сохраняя при этом каплевидную складку. Датчик отпечатков пальцев находится на логотипе Moto на задней панели, но это оказывается неудобным местом для достижения. Motorola также добавила немного больше пружинистости флипу. Вполне возможно, чтобы перевернуть его открытым с одной стороны, но это требует некоторой практики. Как только вы поймете, как это сделать, это будет весело. Razr не может держать себя под таким углом, как Samsung Z Flip, но Z flip не так удовлетворяет, как физическая вещь. Я не хочу замалчивать тот факт, что иметь телефон, который складывается в тонкую, карманную форму, все еще невероятно. Я могу выйти с этой штукой в заднем кармане и не беспокоиться о том, что она застрянет или даже выпадет, когда я сижу (хотя сидеть прямо на ней, вероятно, не рекомендуется). Он просто помещается в карманах и сумках, где большие и высокие телефоны неудобны. Итак, коробка ностальгии проверена. Но это не было проблемой с оригинальной перезагрузкой Razr. Этот телефон 2019 года буквально скрипел и издавал скрежещущие звуки, когда вы его открывали. Этот-тихий и гладкий, за исключением слабого шипения пластикового экрана, скользящего на место, когда вы закрываете его. И в отличие от Samsung Galaxy Z Flip, он закрывается полностью без зазора, так как экран может образовывать каплю внутри самого шарнира. Razr выпускается в трех цветах: золотом, графитовом и серебряном. Задняя часть телефона-плоское стекло с изогнутыми краями, которое приятно на ощупь, но скользко, как и все выходы, и, как ни странно, под ним нет беспроводной зарядной катушки. Лучшее, что вы можете сделать,-это быстрая зарядка USB-C мощностью 15 Вт. Удивительно, но моя главная жалоба на аппаратное обеспечение не имеет никакого отношения ни к шарниру, ни к экрану, а к расположению датчика отпечатков пальцев. Теперь на спине, скрытая в логотипе Моторолы. Оказывается, это неудобное место, прямо посередине телефона, когда он открыт. Это не требует искажений, чтобы достичь его, но это заставляет вас чувствовать себя целым дополнительным шагом. Дисплей быстрого просмотра Razr очень удобен. ПРОИЗВОДИТЕЛЬНОСТЬ И ПРОГРАММНОЕ ОБЕСПЕЧЕНИЕ MOTOROLA RAZR (2020) Нога вверх, которую Razr имеет над другим флип-телефоном на рынке, Samsung Z Flip, - это тот большой дисплей на внешней стороне телефона. Motorola называет его дисплеем "быстрого просмотра", и у него есть несколько функций, которые действительно полезны, но иногда он немного глючит. У него есть два состояния. Большую часть времени он находится в заблокированном режиме, где вы можете долго нажимать значки, чтобы вызвать предварительный просмотр, а затем провести пальцем вверх, чтобы увидеть еще больше предварительных просмотров. Но настоящий ход-это разблокировать телефон, когда он закрыт. Тогда у вас будет доступ к полному интерфейсу Android для уведомлений (включая ответы), видоискателю камеры и даже пусковой установке приложений. ВНУТРИ RAZR НЕ ТАК МНОГО МЕСТА ДЛЯ БОЛЬШОЙ БАТАРЕИ, НО ПРИ НЕКОТОРОЙ ОСТОРОЖНОСТИ ВЫ МОЖЕТЕ ПРОДЕРЖАТЬСЯ ЦЕЛЫЙ ДЕНЬ Вы можете поместить определенные приложения в утвержденный список для дисплея быстрого просмотра, позволяя запускать их на 2,7-дюймовом экране 800 x 600. Большинство приложений для Android прямо ужасны при таком размере, но с его помощью удобно отвечать на сообщение — клавиатура хорошо работает со свайпами. Лучшая часть внешнего дисплея заключается в том, что вы можете использовать его в качестве видоискателя камеры, позволяя вам делать селфи с лучшей из двух камер на Razr. Новый Razr имеет 5G, хотя и не поддерживает более высокоскоростную mmWave-версию 5G (там нет больших потерь). Он также доступен разблокированным и будет принимать стандартную SIM-карту — Две вещи, которые вы на самом деле не могли получить с оригиналом, хотите верьте, хотите нет. Motorola использует процессор, который вы найдете на большинстве телефонов среднего уровня Android (например, Pixel 5 и 4A 5G), Snapdragon 765g от Qualcomm. Он работает в паре с 8 ГБ оперативной памяти и 256 ГБ памяти. В результате всего этого Razr отлично работал в моем тестировании, но я не бросал на него тонну чрезвычайно сложных игр. Процессор также может помочь миниатюрной батарее емкостью 2800 мАч прослужить дольше. Мне определенно нужно было зарядное устройство с этим телефоном к раннему вечеру, но при более легком использовании (в том числе проводя больше времени на внешнем дисплее вместо того, чтобы открывать телефон) я мог видеть, как проходит день. Вы можете использовать лучшую внешнюю камеру для селфи. КАМЕРА MOTOROLA RAZR (2020) На Motorola Razr есть две камеры. Селфи-камера внутри, рядом с экраном, имеет 20-мегапиксельный сенсор, втиснутый в крошечное пространство. Вы должны использовать его для видеоконференций и ничего больше, так как он не очень хорош. К счастью, вы можете легко делать селфи с помощью основной внешней камеры. Он имеет 48-мегапиксельный сенсор, который выдает 12-мегапиксельные изображения. Вы можете использовать один из пользовательских жестов Motorola (в данном случае поворот запястья), чтобы запустить его, а затем фотографировать себя в течение всего дня. ВИД СЕТКИ 1 из 16 Однако, когда вы это сделаете, постарайтесь убедиться, что вы находитесь в приличном освещении. Что-нибудь слишком сложное, и эта в остальном совершенно средняя камера идет немного боком. Тот же совет применим и тогда, когда вы открыли телефон, чтобы использовать камеру как обычно. Я просто не могу точно предсказать, что предпримет Razr. В сумерках он перейдет в ночной режим, даже если в этом нет никакой необходимости. Требуется время, чтобы познакомиться с любой новой камерой, но к этой потребуется немного больше времени, чтобы привыкнуть, чем к большинству, чтобы узнать ее причуды. Как и в большинстве телефонов, вы можете получить действительно хорошие фотографии из Motorola Razr 2020 года в правильных условиях. В большинстве случаев цвета немного приглушены, и в деталях нет особой резкости, а затем из ниоткуда он выдувает цветок без особой причины. Время от времени это будет серьезно впечатлять меня, как в случае с закатом, снятым в галерее наверху. В основном, однако, это просто нормально, в том числе для селфи и особенно при слабом освещении. В целом, эта штука в основном достаточно компетентна для Instagram. Добавьте все это, и у вас есть камера, которая является значительным улучшением по сравнению с камерой на Razr 2019 года и значительным разочарованием по сравнению с камерой практически на любом телефоне Android, который стоит 600 долларов или больше (не говоря уже о 349-долларовом Pixel 4A). Motorola Razr 2020 года выпуска с 5G Я чувствую себя как заезженная пластинка, когда дело доходит до обзора складных телефонов, но здесь все равно идет. В какой-то момент я должен поверить, что стоимость этих гибких экранов и тщательно спроектированных петель снизится. Если бы они это сделали, то такое устройство, как Razr 2020 года, было бы вполне приемлемым телефоном среднего уровня. Если судить точно так же, как по телефону, то на Razr нет ничего выдающегося. Камера могла бы быть лучше, но в остальном она имеет приличное время автономной работы, производительность и даже качество сборки. Если судить по флип-телефону, то Razr занимает свою собственную хорошо продуманную нишу рядом с основным конкурентом, более Хо-хумовым, но во многих отношениях лучшим Galaxy Z Flip. Я думаю, что за 1400 долларов вы получите телефон, который будет потрясающим почти во всех возможных отношениях, а не только с классным дизайном и удовлетворительным флипом. За полцены я был бы в десять раз более взволнован. При такой цене Razr 2020 года слишком резко сокращает любой разумный бюджет. СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ: MOTOROLA RAZR (2020) Каждое интеллектуальное устройство теперь требует от вас согласия на ряд условий, прежде чем вы сможете использовать его — контракты, которые никто на самом деле не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали точно подсчитывать, сколько раз вы должны нажать "согласен", чтобы использовать устройства, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Motorola Razr, вы должны согласиться: Политика Конфиденциальности Motorola Условия предоставления услуг Google Политика конфиденциальности Google (включена в ToS) Установка приложений и обновлений: “вы соглашаетесь с тем, что это устройство также может автоматически загружать и устанавливать обновления и приложения от Google, вашего оператора связи и производителя вашего устройства, возможно, используя сотовые данные.” Следующие соглашения являются необязательными: Использование местоположения: "Google может периодически собирать данные о местоположении и использовать эти данные любым анонимным способом для повышения точности определения местоположения и услуг на основе определения местоположения.” Разрешить сканирование: "разрешить приложениям и службам сканировать сети Wi-Fi и близлежащие устройства в любое время, даже если Wi-Fi или Bluetooth выключены.” Отправка данных об использовании и диагностике Доступ к местоположению перевозчика Кроме того, если вы хотите использовать Google Assistant, вы должны согласиться позволить Google собирать: Информация о приложении с ваших устройств Контактная информация с ваших устройств: "эти данные могут быть сохранены и использованы в любом сервисе Google, где вы вошли в систему, чтобы предоставить вам более персонализированный опыт. Вы можете просмотреть свои данные, удалить их и изменить настройки по адресу account.google.com” Другие функции, такие как Google Pay, могут потребовать дополнительных соглашений. Окончательный итог: четыре обязательных соглашения и не менее шести факультативных.