“Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına töhfəmiz oldu”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Ölkəmizin dəstəyi sayəsində Azərbaycanın Qarabağ ərazisində Ermənistan işğalı sona çatıb, daimi həllə yönələn ümidlər ilk dəfə artıb. Dünənədək ortalıqda olmayan, hətta bu məsələdə açıq şəkildə Ermənistana dəstək verən Minsk qrupunun həmsədri bəzi ölkələrin razılaşma ilə bağlı dilə gətirdiyi narahatlıqların heç bir dəyəri yoxdur”, - dövlət başçısı bildirib.
Dövlət başçısı Rusiya Prezidenti Vladimir Putin ilə apardığı telefon danışığı barədə də danışıb:
“Dünən axşam cənab Putinlə bu mövzuları danışdım. Bu danışıqla birlikdə bu proses içində ata biləcəyimiz addımları müzakirə etdik. İnanıram ki, cənab Putinlə apardığımız bu danışıqla birgə, xüsusilə Rusiya, Türkiyə, Azərbaycan olaraq bu proses ərzində bölgəyə sülhün bərqərar olmasının addımlarını atırıq. Bunun daha da genişləndirmə, inkişaf etdirmə şansımız var. Bu genişləndirmə və inkişaf etdirmə məsələlərini də Putinlə müzakirə etdik. Yəni üç ölkə xaricində, bölgə ölkələri içindən dördüncü, beşinci ölkələri də bura qatmaqla buradakı prosesi daha fərqli formaya sala bilərik”.
R.T.Ərdoğan Kəlbəcərin ermənilər tərəfindən boşaldılmasından da bəhs edib.
“Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb”, - ölkə başçısı əlavə edib.


Şərhlər
bizim nə qədər ömrümüz varsa o qədər də ƏRDOĞANIN yanındayıq. CAN ƏRDOĞAN VƏ CAN TÜRKİYƏ AZƏRBAYCANLA QARDAŞDIRLAR ÖMÜRLÜK! QARDAŞDIRLAR
TÜRKİYƏNİN CÜMHURBAŞQANI SAYIN RƏCƏB TAYYİB ƏRDOĞANA VƏ BÖYÜK TÜRK XALQINA MİLLƏTİMİZ ADINDAN TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK! ƏRDOĞAN QARDAŞ şəxsən mənim və BÜTÜN AZƏRBAYCANIN QARDAŞIDIR!
Bəli,qardaş Türkiyənin,şəxsən Sizin köməyinizlıə Putin geri çəkilməyə məcbur oldu.Tanrı Türkiyəni bizə çox görməsin!Gələcəkdə də bizi PKK-çı kürdlər və erməni terrorundan,ancaq Türkiyə xilas edəcək.
ALLAH TÜRKİYƏNİ ƏRDOĞANI,AKARI,ÇAVUŞOĞLUNU BÜTÜN TÜRK QARDAŞLARIMIZI QORUSUN. TÜRKİYƏ OLMASA ERMƏNİ-RUS GƏLİB BAKIYA DA ÇIXARDIRLAR. SSRİ VAXTINDA DA TÜRKİYƏ BİZİM MÜXTƏLİF YOLLARLA DAYAĞIMIZ OLMUŞDUR
ALLAH TÜRKİYƏNİ ƏRDOĞANI,AKARI,ÇAVUŞOĞLUNU BÜTÜN TÜRK QARDAŞLARIMIZI QORUSUN. tÜRKİYƏ OLMASA ERMƏNİ-RUS GƏLİB BAKIYA DA ÇIXARDIRLAR. SSRİ VAXTINDA DA TÜRKİYƏ BİZİM MÜXTƏLİF YOLLARLA DAYAĞIMIZ OLMUŞDUR