Ürəyindən qəlpə yarası alan qazimiz VİDEOREPORTAJ

Şanlı tariximizi öz qanı-canı bahasına yazan igidlərimiz hər kəsin qəhrəmanına çevrilib. Onlardan biri də ürəyindən qəlpə yarası alan Qəbələ sakini, qazi Elçin Səmədovdur. Qalib qazimiz Qəbələdə kiçik bir evdə anası və iki qardaşı ilə birlikdə kirayədə yaşayır.

Baku TV qazimizin evində qonaq olub özü və anası ilə həmsöhbət olduq.

Yeni çağırışçı olsa da, könüllü cəbhəyə yollanan Elçin döyüş meydanında şücaət göstərib. O, cəbhə barədə həqiqətləri anasından gizlədib.

Çox keçmədən anaya oğlunun qazi olması xəbəri çatıb. Anası övladının yaxın günlərdə əməliyyat olunacağını deyir.

Daha ətraflı Baku TV-nin videosüjetində:

635x100

Şərhlər

Məmmədov İsmayil 2020-11-26 03:12:02

Allah səni qorusun İnşallah xerli əməliyyat olub öz sağliğina qovuşarsan İnşallah. Yaşasin Azərbaycan əsğəri.

t.ədalət 2020-11-25 23:01:39

Allah səni qorusun!Övladlarını cəbhədən gizlədən,xaricdə saxlayanlar qoy sənin igidliyindən dərs alsınlar.Azərbaycanın sərvətlərini talayanların heç birinin övladı cəbhədə yox idi.

Xalq 2020-11-25 22:23:14

Allah sənə şəfa versin! İcra başçısı ev versin! Millət də Allaha dua edir ki, tezliklə sağalasan oğul! Sağlam və xoşbəxt ol oğlum!

Son yazılar