ABŞ İrana dəstəyə görə Rusiya və Çinə sanksiya tətbiq edəcək
Baxiş sayı:
Dərc olunub:
25/11/2020 - 22:58
ABŞ Rusiya və Çinin dörd təşkilatına qarşı İranın nüvə proqramına yardımı ittihamı ilə sanksiya tətbiq edəcək. Bu barədə “Reuters” məlumat yayıb.
ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abramsın sözlərinə görə, sanksiyalarla bağlı müvafiq qərar noyabrın 25-də qəbul ediləcək. E.Abrams qeyd edib ki, Vaşinqton İrana təzyiq göstərməyə davam edəcək.
E.Abrams həmçinin dekabr və yanvar aylarında Tehrana qarşı sanksiyaların genişləndiriləcəyini bildirib.
Ölkə
Son yazılar
10:00
"Şimali Kipr, Türkiyə və Azərbaycan tibb sahəsində imkanlarını birləşdirməlidir" - Ersin Tatar
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.