“MAKRON QUDURUB...” - "Dağlıq Qarabağ yoxdur, Qarabağ var"

Parlamentin bu gün keçriilən plenar iclasında deputat Aqil Abbas çıxış edərək  bildirib ki, illər öncə Şamil Qurbanovun Milli Məclisdə dediklərini xatırladıb: “Dedi ki, “Jak Şirak qudurub” və onu özümüzünkülər hədəf aldı. İndi mən demək istəmirəm ki, Makron qudurub. Hədəf olmaq istəmirəm. Hələ Ağdama, Şuşaya getmək istəyirəm. Fransa Liviyada, Suriyada məğlub olduğunu unuda bilmir. Fransa ATƏT-in Minsk Qrupundan rədd olmalıdır. Artıq Azərbaycan üçün ATƏT-in Minsk Qrupu Rusiya və Türkiyədir. Nə qədər şəhid hesabına bizim torpaqlarımız azad olunub”.

“Prezident deyir ki, status-kvo gorbagor oldu. İndi Minsk qrupunu Ankara və Bakı əvəz edir. İndi Dağlıq Qarabağ da yoxdur. Qarabağ var. Bunu Putin də dedi. Sən Allah, bu ATƏT-in Minsk qrupundan az danışın. Camaat qorxur”, - deputat əlavə edib.

635x100

Şərhlər

Culfa 2020-11-26 13:00:50

Ədə, bu gopçu Aqil Qarabağ haqqında elə danışır ki, elə bil oranı oğlamları azad edib. Bu özü birinci müharibədə necə gizləndisə, oğlanları da ikinci müharibədə eləcə gizləndi... Ay Politika.az, səndən xahiş edirəm, səhifənizdə bu məmur-deputatlara yer verməyin. Onların naqqallığı şəhidlərin ruhuna hörmətsizlikdir. Balasını səngərə göndərməyənin qeyrətdən danışmağa mənəvi haqqı yoxdur!

Son yazılar