Menu

Azərbaycan XİN Fransaya nota verdi

26.11.2020, 19:12
Azərbaycan XİN Fransaya nota verdi

Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını Səfirə təqdim edilib.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il saylı müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

Şərhlər

Diplomat-pensioner 2020-11-26 22:02:17

XIN nota vermək əvəzinə, öz sıralarına əl gəzdirsəydi, daşalşmış qurumda nəhayət islahatlara başlasaydı və Mammedyarov dövründən qalmış nazir müavinləri və səfirlərlə vidalaşsaydı, Vətənimiz üçün daha faydalı olardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol