Menu

Rus dili Qırğızıstanda rəsmi statusunu itirə bilər

26.11.2020, 19:17
Rus dili Qırğızıstanda rəsmi statusunu itirə bilər

Qırğızıstan Konstitusiya Şurasının üzvü Sadirdin Toraliyev rus dilinin rəsmi statusundan məhrum edilməsini təklif edib.

Bu barədə Vesti.ru məlumat yayıb.

“Bu, radikal səslənə bilər. Ancaq mənim təklifim yalnız qırğız dilinin rəsmi statusunu saxlamaqdır. Digər dilləri başqa qanunlarla inkişaf etdirə bilərik”, - deyə S.Toraliyev bildirib.

Onun sözlərinə görə, qırğız gəncləri öz ana dillərində danışmağı unudub, çünki buna artıq tələbat yoxdur. Bu tələbatı yaratmaq lazımdır ki, hər kəs öz ana dilində danışsın.

Şərhlər

OQTAY 2020-11-26 21:34:15

Cingiz Aytmatova,Allah rehmet elesin,Manqurd eserini butun Qirqiz qardaslarmiz,done-done oxumalidir!!!!

t.ədalət 2020-11-26 19:24:32

Rus dili indi ölüb.Ancaq bəzi ayaqyolu və s. sözlər rus dilində səsləndirilir.MDB-yə daxil olan dövlətlər də ingilis dilinə üstünlük verirlər.İşğalçı ölkənin dili kimə lazımdır ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol