Menu

Xankəndi dinc həyata qayıdır...

27.11.2020, 00:04
Xankəndi dinc həyata qayıdır...

Rusiya KİV-nin yazdığına görə, qondarma “Dağlıq Qarabağ respublikasının” (“DQR”) paytaxtı Xankəndində ilk iki məktəb və iki uşaq bağçası dekabrın 1-dən işini bərpa edəcək. Guya, burada infrastruktur, miqyaslı hərbi əməliyyatlar səbəbilə zərər çəkib və s.

Bu barədə noyabrın 26-da şəhərin «meri» David Sərkisyan jurnalistlərə bildirib.

Sərkisyan həm də xəbər verib ki, Xankəndində binaların yarısı, o cümlədən, mülki infrastruktur atəş nəticəsində ciddi zədələr alıb. Tamamilə və qismən dağılmış şəhər obyektləri arasında xəstəxanalar, məktblər, “FHN”-nin binası da var. Artıq binaların bərpası işlərinə başlanıb.

Bundan başqa, rusiyalı mütəxəssislərin köməyi ilə elektrik və qaz təchizatı tam bəra olunub (maraqlıdr, Xankəndi qazı haradan alır?! - Red.), amma bu yaxınlara qədər şəhər ərazisinin 80 faizi elektrik enerjisi təchizatından məhrum idi. «Mer» əlavə edib ki, indiki halda şəhərdə yeni güclü elektrik transformatorları quraşdırılır.

Xankəndində dinc həyat tədricən bərpa olunur, artıq yerli ictimai nəqliyyat da işə düşüb. Şəhərə hər gün Ermənistandan yüzlərlə qaçqın qayıdır. Bu prosesə Rusiyanın İdarələrarası humanitar reaksiya mərkəzi də dəstək verir. Rusiya sülhməramlı kontingentinin mühəndis-texniki bölmələri yerli «hakimiyyətə» hərtərəfli kömək göstərir - yollar təmizlənir, şəhərin sosial infrastruktur obyektləri bərpa edilir.

Xəbərdən açıq-aydın görünür ki, Azərbaycan ərazisinə sülhməramlı adı ilə gəlmiş Rusiya hərbi kontingenti əslində, mandatından kənara çıxaraq, faktiki olaraq, əl altına almış olduğu bölgənin idarəçiliyi ilə məşğul olur...

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

RT 2020-11-27 02:42:11

Oranin axri nece olacaq? Bilen varsa yazsin

Agasef Qedirov 2020-11-27 01:04:48

Canlari ceheneme ne edirler etsinlar amma dinc otursunlar

Mehdi 2020-11-27 00:13:59

neteri olmalı idi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol