“Paşinyanı kimin əvəzləyəcəyi hələ dəqiqləşməyib” – Müxalifət lideri

“Cəmiyyətdə Nikol Paşinyanın artıq ölkə lideri vəzifəsini tutma hüququna malik olmadığına, mümkün qədər tez getməsinə dair təxminən 100% bir razılaşma var”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Rodina” partiyasının lideri Artur Vanetsyan “Sputnik Ermənistan”-a verdiyi müsahibəsində deyib.

“Paşinyanın istefası üzərində fəal işləyirik. Baş nazirin istefasını tələb edən müxalifət qüvvələrinin kütləvi etiraz aksiyalarının heç bir nəticəyə səbəb olmadığı fikri ilə razı deyiləm. Müharibənin başlanğıcından bəri Paşinyanın bütün addımları hakimiyyəti hər yolla saxlamağa yönəlmişdi, ancaq istefası çox qısa müddətdə bir gerçəkliyə çevriləcək. Baş nazir vəzifəsində çalışmasının hər saniyəsi Ermənistan üçün ciddi təhlükə yaradır. Paşinyanın istefası məsələsinə nəhayət parlamentdə qərar veriləcək və hakim “Mənim addımım” blokunun deputatlarının onsuz da belə bir qərarı var”- deyə, müxalifət lideri vurğulayıb.

Paşinyanı istefaya göndərəcək kütlənin niyə meydanlara çıxmadığı barədə suala cavabında Vanetsyan deyib ki, etirazçı kütlə meydandakı insanların sayı ilə deyil, insanların istəkləri ilə müəyyən edilir.

Vanetsyan, Paşinyanın istefaya gedərsə, onu kimin əvəzləyəcəyini hələ dəqiqləşdirmədiklərini vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2020-11-28 18:48:26

Paşinyanın Putinçi biri ilə əvəzlənməsi müharibənin yenidən qışışmasına səbəb ola bilər.Dağlıq Qarabağa "sülhməramlı" adı ilə yenidən arsenal yerləşdirən Putin "atəşkəs"in hər an pozulmasını sürətləndirə bilər.Hələ ki sülh imzalanmayıb,bölgə təhlükə altındadır.Putinin tez-tez "Qarabağ Azərbaycan ərazisidir"-deməsi də fitnəkarlığa işarədir.Əgər Putin doğrudan da sözündə dürüstdürsə,onda niyə Xankəndi və ətraf üç rayonu terrorbaşı Araikin tövsiyəsi ilə idarə edir?Biz Rusiya kimi analoqu olmayan bir fitnəkarla yan-yana dayanmışıq.Türkiyə olmasa Putin Xırdalana atdığı raketlərlə Bakını darmadağın edər.

Son yazılar