Menu

Trampın xanımı memuarlarını yazmaq istəyir

29.11.2020, 14:14
Trampın xanımı memuarlarını yazmaq istəyir

ABŞ prezidenti Donald Trampın xanımı Melanya Tramp ölkənin birinci xanımı kimi həyatı haqqında memuarlarların yazılışı barəsində məsləhətləşir.“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Page Six" bildirib.

Lakin onun kimlərlə məsləhətləşmələr apardığı bildirilmir.

"Melanya Ağ Ev (Ağ Evdəki həyatı-red) haqqında memuarlarları yazmağa hazırlaşır. Və bu onun pulu olacaq — onun üçün sərbəst pul qazanmaq şansı", - xəbərdə deyilir.

Qeyd edilir ki, Melanyanın təqdim etdiyi hadisələr hekayəsi "çox pula dəyər" və Tramp onu kitab yazmağa təşviq edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol