“Qərbi Azərbaycan qaçqınları da Qarabağda məskunlaşdırılsın” - Tanınmış vəkildən təklif

“Qərbi Azərbaycandan didərgin düşmüş 250 min nəfər həmyerlilərimiz könüllü şəkildə mütləq Qarabağda məskunlaşmalıdır”. Bu təkliflə  tanınmış vəkil Ceyhun Yusifov çıxış edib.

O, özünün “facebook” səhifəsindən paylaşdığı  yazıda  bildirib ki, tarixdən dərs götürməsək, 10 il sonra “murdarların” yeni iddiaları ilə rastlaşacağıq: “O zamankı hakimiyyət 1988-1990-cı illərdə biz Qərbi Azərbaycan qaçqınlarını Qarabağda məskunlaşdırsaydı, nə 1 milyon məcburi köçkünümüz olardı, nə də 20% torpağımız işgal edilərdi. Yenə də gec deyil.  “Qaçqınkom” gecikmədən məcburi köçkünlərlə bərabər Qərbi Azərbaycandan olan  qaçqınların da Qarabağ ərazisində məskunlaşmasını həyata keçirməlidi. Bu, hüquqi baxımdan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının normativlərinə tam uygundur”

635x100

Şərhlər

Türk 2020-11-29 17:45:23

Çox əla ideyadır.

omar 2020-11-29 15:57:42

Gecdi,1988-də Qərbi azərbaycandan qovulanların avtobusunu rəhmətlik Ziya Bünyadov demiş,Bakıya,Sumqayıta döndərməyib birbaşa Dağlıq Qarabağa yönəltsəydiər,indi nə DQR,nə erməni,nə müharibə olmazdı.Sadəcə ermənisiz Azərbaycan olardı.Çox təəssüf ki,o qatarı ötürdük.

Seyid Ənhu 2020-11-29 13:31:39

XEYR. QƏRBİ AZƏRBAYCANLILAR ERMƏNİSTANDAKI TORPAQLARI ÜZƏRİNDƏ İDDİALI OLMALIDIRLAR..SİZİN TƏKLİFİNİZ KEÇƏNLƏRLƏ BARIŞMAQ DEMƏKDİR. BİZ BU RÜSVAYÇILIQ ALTINDA YAŞAYA BİLMƏRİK VƏ YAŞAMAYACAĞIQ!

Son yazılar