Menu

“Ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir” - Akar

30.11.2020, 18:25
“Ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir” - Akar

“Dağlıq Qarabağdakı atəşkəsin ardından Türkiyə və Rusiya Müdafiə nazirləri arasında anlaşma memorandumu imzalandı”.

Bunu bu gün Türkiyə Milli Müdafiə Nazirliyinin iclasında çıxışı zamanı nazir Hulusi Akar dilə gətirib.

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin işi ilə bağlı ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir” - deyə, H.Akar qeyd edib.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəs razılaşması qəbul edilib.

Noyabrın 11-də isə Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb.

Şərhlər

Cəmşid Dərələyəzli 2020-12-01 09:00:36

Paşam neçə ki, Laçın koridorunda və Xankəndi əeazisində Şanlı Türk ordusunun sülməramlılarını görmürük narahatıq. Biz güvənmədiyimizə güvənə bilmərik. Allah Nasib edər inşallah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol