Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.
Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.
Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk.
***

Türkiyə Quru Qoşunlarının ərazilərin minalardan təmizlənməsi üzrə iki bölüyü Azərbaycan əsgərlərinə yardım edəcəklər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “Twitter” hesabında paylaşım edib.
Bildirilib ki, türkiyəli əsgərlər erməni işğalından azad olunmuş ərazilərin minalardan təmizlənməsinə fəal iştirakla yanaşı azərbaycanlı həmkarlarına təlim də keçəcəklər.


Şərhlər
XOŞ GƏLMİSİNİZ QAN QARDAŞLARIMIZ QURAN QARDAŞLARIMIZ. QƏDƏMLƏRİNİZƏ QURBAN OLUM. SİZİ LAP ÇOX GÖZLƏDİK. DÜZ 100 İL ƏN AZI. ŞÜKÜR TƏK ALLAHA Kİ VƏTƏNƏ BU GÜNÜ QİSMƏT ETDİ. TÜRKÜN BELİ ƏYİLMƏZ TÜRKÜN ƏLİ BÜKÜLMƏZ BİR KƏRƏ QALXAN BAYRAQ BİR DAHA YERƏ ENMƏZ. ŞİMDİ OSMAN PAŞA İLƏ ŞAH İSMAYIL PAŞANIN TÖRƏNLƏRİ QARDAŞ OLDULAR QUCAQLAŞDILAR GÖZ YAŞLARI TÖKÜB BUNCA AYRILIĞA QƏHƏRLƏNDİLƏR. ŞİMDİ ATİLLA XANIN BALALARI ƏL-ƏLƏ ÇİYİN-ÇİYİNƏ VERİB ANA TURANI YARADARLAR. QÜDRƏTLİ ANA TURANI HÖKMLÜ ANA TURANI CAHANA HÖKMÜDAR ANA TURANI. AMİN İNŞALLAH. İNŞALLAH BU AMALDA BU İLK ADDIMDIR. ARXASINI UCA ALLAH ÖZÜ RƏVAN ETSİN. TÜRKÜN TÜRKDƏN QEYRİ DOSTU QARDAŞI PƏNAHI XİLASI XOŞBƏXTLİYİ YOXDUR. BUNU TARİX İSBAT EDİB. HAYDI MEHMETCİK XOŞ GƏLDİN QARDAŞ EVİNƏ. ƏN GÜZƏLİ NƏ VARSA SƏNİN SÜFRƏNƏ DÜZÜLƏCƏK. MƏQSƏD ANA TURANDIR.İNŞALLAH
ÇOX SAĞ OLUN QARDAŞLAR. YENƏ ƏN VACİB ZAMANDA KÖMƏYƏ GƏLDİNİZ. TƏŞƏKKÜRLƏR TÜRKİYƏ!