Menu

"Yelo Bank"da Kreditlərin Bərpası üzrə yeni Baş Direktor təyin olunub

01.12.2020, 16:12
"Yelo Bank"da Kreditlərin Bərpası üzrə yeni Baş Direktor təyin olunub

Səbuhi Süleymanlı "Yelo Bank"ın Kreditlərin Bərpası üzrə Baş Direktor vəzifəsinə təyin olunub. 2003-cü ildə Milli Aviasiya Akademiyasının İnzibati İdarəetmə ixtisasını fərqlənmə ilə bitirən S. Süleymanlı, karyerasına 2005-ci ildə AccessBank-da kiçik kredit mütəxəssisi kimi başlayıb.

Burada kredit istiqaməti üzrə özünü inkişaf etdirərərək, 2010-cu ildə filial müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən altı filial şəbəkəsi üzrə Regional Direktor olub. 2018-ci ildə AccessBank-ın Kreditlərin bərpası departamentinin direktoru olaraq böyük nailiyyətlər əldə etdikdən sonra, 2019-cu ildə İcraçi Direktor , 2020-ci ilin yanvar ayından isə Bankda Baş direktor vəzifəsinə təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol