Əsgərlərin həyatını qurtaran həkim: "Döyüşlərdə həmkarlarım da şəhid oldu" - VİDEO

Vətən müharibəsində ön cəbhədə vuruşanlarla birgə arxa cəbhədə həkimlərimiz də döyüşdü. Belə qəhrəmanlarımızdan biri də həkim Azər Hüseynovdur.

İxtisası stomatoloq olan A.Hüseynov "Report"a döyüşlər barədə danışarkən bildirib ki, könüllü olaraq həkim kimi əvvəl Naftalan rayonu istiqamətinə yollanıb.

Onun sözlərinə görə, daha sonra Füzuli rayonu ərazisində yerləşən xəstəxanada yaralı əsgər və hərbi qulluqçulara ilkin tibbi yardım göstərib: "Döyüşlər zamanı yaxın həkim dostlarım şəhid oldu. Onlar da könüllü olaraq cəbhə bölgəsinə yollanmışdı. Müharibə dövründə düşmən qəsdlə həkimləri hədəf alırdı. Tanıdığım bir neçə həkim şəhidlik zirvəsinə yüksəldi".

İkinci Qarabağ müharibəsi zamanı A.Hüseyov həm yaralı əsgər və zabitlərin həyatını xilas edib, həm də dostları ilə birgə Orduya maddi yardım göstərib.

O qeyd edib ki, yaxın dostları ilə birgə yaratdıqları təşkilat vasitəsi ilə şəhid olan şəxslərin ailə üzvləri və qazilərimizə stomatoloji xidmətlər pulsuz olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar