Fransanın keçmiş prezidenti koronavirusdan öldü

Fransanın keçmiş prezidenti Valeri Jiskar d Esten 95 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası bildirib.

Qeyd edək ki, noyabr ortalarında siyasətçinin xəstəxanaya yerləşdirməsi haqqında məlumat yayılmışdı. Məlumata görə, keçmiş dövlət başçısı koronavirusdan ölüb.

Sabiq prezidentin ölüm xəbərini hələlik Yelisey sarayı və ya Valeri Jiskar d Estenin ailə üzvləri təsdiqləməyib.

Jiskar d Esten 1974-1981-ci illərdə Fransa prezidenti olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar