Menu

"ATƏT dərin böhran keçirir" - Qurumun sədri

03.12.2020, 14:04
"ATƏT dərin böhran keçirir" - Qurumun sədri

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) dərin böhran keçirir.

Trend-in məlumatına görə, bunu qurumun hazırkı sədri, Albaniyanın baş naziri, xarici işlər və Avropa işləri naziri Edi Rama ATƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının açılışında deyib.

O, bu böhranın getdikcə dərinləşməkdə olduğunu bildirib:

"Biz böhrandayıq və böhran daha da dərinləşir. Demokratik Avropa dəyərləri uzaqlaşır, ATƏT prinsiplərinə isə əməl olunmur. Bütün bunlar bizi narahat etməlidir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol