Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib.

“MediaPost” xəbər verir ki, Rasim Musabəyovun müsahibəsi sosial şəbəkələrdə söz-söhbətə səbəb olub. O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu bildirib. Bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib.  Həmçinin vuğulayıb ki, Türkiyə Ordusunun gəlişi ermənilərin təhlükəsizliyinə cavab vermir. 

Məsələ ilə bağlı haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev "Facebook" səhifəsində bu sözləri yazıb: “Deputat Rasim Musabəyov Türk qoşunlarının Azərbaycanda sülhməramlı əməliyyatlarda iştirakının əleyhinə çıxdı. Çox yaramaz adamdır, həmişə yazıb demişəm”.

Rasim Musabəyov  “MediaPost”a açıqlamasında deyilən tənqidlərə belə münasibət bildirib: “Məndən əl çəkin. Heç özüm o müsahibəni görməmişəm, oxumamışam. Belə boş-boş məsələlərə görə məni narahat etməyin”.

Qeyd edək ki, Rasim Musabəyov Azərbaycan – Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupunun rəhbəridir. 

Vaxtilə Cümhuriyyətə xəyanət edib, Moskvaya xidmət edənlərdan biri olan Qəzənfər Musabəyovun nəvəsidir.  "Ot kökü üstündə bitər", deyiblər!