Menu

“Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır” - Səfir

04.12.2020, 11:22
“Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır” - Səfir

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsinə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə səfir tvitterdə yazıb:

“Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır. Qarabağın müstəqilliyini tanımır”.

Şərhlər

Səid 2020-12-04 22:23:26

10 yaşında oğlum "Ata biz daha Nutella almayaq, Fransaya pul qazandıracaq ki, onlar da ermənilərə kömək edəbilməsin" deyir. Görəsən bu on yaşlı uşaqda olan düşüncənin 1%-i Fransız şirkət nümayəndələrində varmı? Bu bir milli duruş, milli özünü isbat , milli özünümüdafiə məsələsidir. Bir Fransaya millət və cəmiyyət olaraq nəyə qadir olduğumuzu gösdərməsək sonrakı mərhələ ölkəmiz üçün çox daha ağır və çiddi sitasi fəsadlar gətirə bilər!!! Əvvəlcə bələdiyyələr, ştatlar, senatlar tanıyır sonra isə dəxli olmayan bir ölkə tanıyır və bərpası mümkün olmayan çıxış yolu olmayan bir beynəlxalq problemlə üzləşirik. Bu tanıma məsələsinə hamılıqla sert reaksiya verməliyik!!!

Səid 2020-12-04 22:13:52

Fransızlar hər fürsətdə bizə qarşı düşman mövqeyində olduqlarını açıq aydın göstəriblər. Amma biz heç bir vaxt bu düşmançılığı başa düşməmişik və qarşılığında heç nə eləməmişik. 2009-vu ildə Azərbaycanın böyük holdinqlərindən biri Fransız şirkəti olan Nestlenin Azərbaycan nümayəndəliyindən imtina edib. Səbəb isə bu Fransız firmasının eyni malları Azərbaycana Ermənistandan baha satması olub. Bu istisnai haldır, sadəcə həmin sahibkarın milli ruhu ilə bağlı bir şeydir ki, milyonlarla qazancad Azərbaycan adına imtina edib. Təkrar nümunə yoxdur. Biz bu Fransaya qarşılığı hamılıqla verməliyik!!!

Vuqar 2020-12-04 15:56:16

BUNUN-OZU-FRANSIZLARIN-NECE-.....-BIR-MILLET-OLDUQLARININ-BARIZ-NUMUNESIDIR!FRANSIZ-SOZU-ESIDENDE-HEMISE-HITLERIN-DEYIMI-YADA-DUSUR!

Həsənov 2020-12-04 13:03:28

Fransa senatı, parlamenti Şimali Koreya parlamentindən nə ilə fərqlənir? 305 səs "lehinə", 1 səs "əleyhinə". Budurmu demokratiya? Bəlkə bu "fransızsayağı demokratiya"dı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol