Əfsanəvi qadın general vəfat etdi

İlk əfqan general-qadın və məşhur cərrah Süheylə Siddik dekabrın 4-də Kabildəki xəstəxanada 82 yaşında keçinib. Bu barədə mərhumun qohumlarına istinadla, «Ariana News» nəşri xəbər verib.

Süheylə Siddik 1938-ci ildə Kabildə anadan olub, Kabil Tibb Univeritetində oxuyub, amma təhsilini Moskvada davam edib. O, Mühəmməd Zahir Şahın idarəçiliyi dövründə Əfqanıstan hökumətində işləyib. Ölkədə general-leytenant rütbəsi daşıyan yeganə qadın olub. 1980-ci illərin sonlarında Əfqanıstan ordusunun baş cərrahı işləyib. 1996-cı ildə taliblər hakimiyyətə gələrkən, əvvəlcə ona «qadına daha uyğun gələn iş» tapşırıblar, amma tezliklə məlum olub ki, ölkədə ondan savayı və onun səviyyəsində qadın-xirurq yoxdur. Ardınca Siddik Kandaqardakı hospitala başçılıq edib. Prezident Həmid Karzay onu səhiyyə naziri qismində hökumətə daxil edib.

Həkimlərin sözlərinə görə, Siddik Altseheymer xəstəliyindən əziyyət çəkib, ötən il xəstəlik onun yaddaşını tamam əlindən alıb. O, ailə qurmayıb və bütün ömrünü təbabətə həsr edib.

AzPolitika.info

635x100

Şərhlər

Xalq 2020-12-05 00:57:28

Allah rəhmət eləsin!

Son yazılar