Menu

Rusiya aviasiyası Ermənistan səmasında niyə fəallaşıb? - Ekspert gerçək səbəbini açıqladı

06.12.2020, 00:27
Rusiya aviasiyası Ermənistan səmasında niyə fəallaşıb? - Ekspert gerçək səbəbini açıqladı

Qarabağda sülh heç də hamıya xoş gəlməyə və hər zaman müxtəlif təxribalar törətmək arzusunda olanlar tapıla bilər. Məhz ona görə, Rusiya aviasiyası həmişə belə ssenarilərin qarşısını almağa hazır olmalıdır.

Bu barədə «Sputnik Armeniya» nəşrinə rusiyalı hərbi ekspert Aleksandr Xrolenko danışıb. Bu günlərdə Ermənistan səmasında Rusiya aviasiyasının fəallığının armasını o, belə şərh edib.

Bu fəallığı hətta adi gözlə də müşahidə etmək olar. Hərbi-nəqliyyat təyyarələrindən başqa, Ermənistan səmasında MİQ-29 qırıcılarının uğultusunu da eşitmək olar. Onlar «Erebuni» aviabazasından qalxırlar.


Maraqlıdır ki, ekspert Rusiya avasıyasının Ermənistan səmasında müşahidə olunan bu fəallığını özünəməxsus məkrlə Rusiya hərbçilərinin sülhməramlı missiyası ilə əsaslandırmağa çalışır: «Bütün bunlar istisnasız olararaq, Qarabağda sülhməramlı əməliyyatlarla bağlıdır. Əraziyə yeni bölmələr, texniki vasitələr, vacib tikinti materialları və konstruksiyalar tullanır. Hazırda biz, ilk mərhhələdə, eyni zamanda, ən mühüm və mürəkkəb mərhələdəyik. Bu da gərgin əmək tələb edir. Bu logistikanı, o cümlədən, döyüş təyyarələri və helikopterləri təmin edirlər».

Diqqət edin, guya Rusiyanın MiQ-29 qırıcıları Qrabağa tikinti materialları daşıyırmış!

«Yaddan çıxartmayaq ki, təmas xəttinin o tayında təkcə Azərbaycan ordusu yox, həm də Türkiyə ordusu yerləşir. Məlumdur ki, Türkiyə parlamenti türk ordusunun Azərbaycana yeridlməsi barədə qərar qəbul edib. O da məlumdur ki, türkiyəli sapyorlar Dağlıq Qarabağda işləyirlər - təmas xəttinin o başında» - deyə, ekspert Rusiyanın gerçək məqsədini dilə gətirmək zorunda qalıb: “Rusiya aviasiyası Ermənistan səmasında Türkiyə ordusuna qarşı fəallaşıb!”

AzPolitika.ino

Şərhlər

RT 2020-12-06 08:49:33

Bes bizim sherrfsiz deputat ne deyir ???? Xain deputat namerd deputat )))!!!

t.ədalət 2020-12-06 03:10:12

Rusiya aviasiyası ,ancaq və ancaq Türkiyəni qorxutmaq üçün lazımsız uçuşlar edir.Məlumdur ki,ruslar Türkiyə hərbiçilərinin Qarabağa gəlişinə əngəllər törədirdilər.Çünki onların gəlişi baş erməni terrorçusu Kalantaryan-lavrovu narahat edirdi.Paşinyanın "hələ müharibə kimin qələbəsi ilə bitib sonra bilinəcək"-deməsi də kalantaryanın hansısa məkrli planlarından xəbər verir.

Xalq 2020-12-06 01:08:21

ay ekspert! əgər Türk ordusu və ya hətta Azərbaycan ordusu hərəkətə keçərsə sizin o MİQ-lərin biri də havaya qalxa bilməyəcək! Əgər bunu indiyə qədər bilməmisənsə indidən sonra da bilməyəcəksən!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol