Menu

Türkiyəli mütəxəssislər Qarabağı minalardan təmizləyir - FOTO

06.12.2020, 18:31
Türkiyəli mütəxəssislər Qarabağı minalardan təmizləyir - FOTO

Qarabağda atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına hazırlıqlar tam sürətlə davam edir. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şəbnəm Aktop bildirib.

Onun sözlərinə görə, Türkiyə mütəxəssisləri Ermənistan silahlı qüvvələrinin bölmələrindən azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycan Ordusuna kömək edirlər.

"Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün təlimlərdə iştirak edirlər. Türkiyə sonra da Azərbaycan xalqının ədalətli mübarizəsinə dəstək verməyə hazırdır", - Aktop bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol