Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli vəfat edib.
“Report” xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.
M.Səfərli 62 yaşında koronavirusdan vəfat edib.
Qeyd edək ki, M.Səfərli 1958-ci ildə anadan olub. O, Milli Məclisin II çağırış (2000-2005) deputatı olub. 1993-cü ildən isə Azərbaycan Yurddaş Partiyasının sədri idi.
Allah rəhmət eləsin!


Şərhlər
Allah rəhmət eləsin! Yerin cənnətlik olsun!... Mais qardaşım, bağışla ki, son məqamında iştirak edə bilmədik. Yəni məhdudiyyət qoyuldu. Yəqin, halal edərsən. Necə də olmasa, bir zaman eyni auditoriyada, eyni partada oturub imam övladı Mircəlal müəllimin, Nəsir müəllimin, Şirməmməd müəllimin, Mir Kamil Əliyevin, Seyfulla Əliyevin, Qulu Xəlilovun, Firudin Ağayevin, Tofiq Rüstəmovun, Azad Nəbiyevin, Əlyar Səfərlinin və yeri behiştlik olmuş neçə-neçə müqəddəs alimin təlimini öyrənmişik. Sonra sən əsgərliyə getdin və qrupumuz dəyişdi. Gələndən sonra da eyni səmimiyyətlə ünsiyyətimiz davam etdi. Tənəffüslərdə çayxana söhbətlərimiz, sosiska-şor xiyar, yumurta soyutması həm mənəvi, həm də cismani ehtiyaclarımıza dayaq olurdu... Nə deyim?... Akif Səməd yolu, Razilə, Lətifə, Rauf yolu indi də səni aldı öz qoynuna... Tezliklə görüşərik...
Allah rəhmət eləsin! Yerin cənnətlik olsun!... Mais qardaşım, bağışla ki, son məqamında iştirak edə bilmədim. Yəqin, halal edərsən. Necə də olmasa, bəlk