Menu

27 il sonra işğaldan azad olunan evlərinə getdi, iki əşya tapdı - FOTO

07.12.2020, 14:55
27 il sonra işğaldan azad olunan evlərinə getdi, iki əşya tapdı - FOTO

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı işğaldan azad olunan Cəbrayıl rayonunun Balyand kəndindəki evlərindən indiyə qədər qalan əşyalar tapıb.

"Report" xəbər verir ki, A.Cəbrayıllı doğulduğu kənddən sac və səhəng tapdığını bildirib.

"İki müqəddəs nemətin - çörəyin (yuxanın) bişirildiyi sac və suyun daşınıb saxlanıldığı səhəng. 27 il əvvəl kənddə qoyub gəldiyimiz əşyalardan indiyə qalan yalnız bunlardır. Babalarımız çörəyə və suya elə belə and içmirlərmiş. Hər ikisini gətirib anama verdim", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol