Menu

Salyanda şəhid dəfn olundu - FOTO

07.12.2020, 17:18
Salyanda şəhid dəfn olundu - FOTO

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat Nağıyevin nəşi doğulduğu Salyan rayonunun Qızılağac kəndinə gətirilib.

“Report”un Aran bürosu xəbər verir ki, 2001-ci il təvəllüdlü, şəhid Nağıyev Nicat İbrahim oğlu ilə yaşadığı evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin cənazəsi Qızılağac kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin ailə üzvləri, Salyan Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin!

Şərhlər

Xalq 2020-12-07 20:02:54

Allah sənə rəhmət eləsin oğul! Yerin behişt olsun bala!

Seyid Ənhu 2020-12-07 17:31:16

DOĞULMADAN ÖNCƏ ADI CƏNNƏTLƏRƏ YAZILAN ŞƏHİDLƏRƏ SALAM OLSUN!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol