“Biz ilk dalğlaradan, təbii ki, bir çox şeyləri öyrəndik, dövlət və səhiyyə qurumları tərəfindən bir çox addımlar atılıb. Modul tipli xəstəxanaların yaradılması, xaricdən həkimlərin gətirilməsi və s. deyə bilərik”.
“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
“Lakin heç bir səhiyyə sistemi limitsiz deyil. Həkimlərimiz çox gərgin bir şəraitdə fəaliyyət göstərir. Onlar da bir cəbhədədirlər və biz bu cəbhədə onlara köməklik göstərməliyik”, - o bildirib.


Şərhlər
İster 1ci qarabağ istersede veten müharibesinde iştirak etmiş veteranların heyat şeraiti yaxşılaşdırılmalıdır. Her ikisinde merd okullarımız döyüşübler. Sadece 1ci qarabağ müharibesinde peşekar ordu olmadığı üçün düşmen terefin xeyine işledi. Eliyar Eliyev Çingiz Mustafayev ve neçe bele igidlerimiz şehid oldu qazi veteran oldulara