Menu

“Deyirdi ki, mən o qədər yaşamayacağam” - Şəhid mayorun həyat hekayəti + VİDEO

08.12.2020, 16:46
“Deyirdi ki, mən o qədər yaşamayacağam” - Şəhid mayorun həyat hekayəti + VİDEO

“15 illik evlilik həyatımızda dəfələrlə mənə deyib ki, mən 35 yaşımda şəhid olacağam”.  Bu sözləri ARB Xəbərə şəhid Ramil Ağayevin həyat yoldaşı Sevil Ağayeva deyib.

Həyat yoldaşının şəhidlik arzusundan danışan S.Ağayeva bildirib ki, Ramilin bu mərtəbəyə hansı yaşda yüksələcəyi ilə bağlı dediyi düz çıxıb:“Uşaqların gələcəyi ilə bağlı oturub xəyallar quranda deyirdi ki, baş üstə. Sən necə istəyirsən elə olsun. Axırda mənə deyirdi ki, mənimlə bağlı o qədər xəyallar qurma. Mən o qədər yaşamayacağam”.

Qeyd edək ki, yüzlərlə ermənini şəxsən özü məhv edən, döyüş meydanında düşmənin canına vəlvələ salan topçu mayor öz vəsiyyətilə, doğulub boya-başa çatdığı Lerik rayonunda torpağa tapşırılıb.

Ətraflı süjeti təqdim edirik:

Şərhlər

Mahir 2020-12-08 23:03:38

Allah rəhmət eləsin. Yeriniz CƏNNƏT olsun.

Xalq 2020-12-08 18:06:28

Allah rəhmət eləsin! Qəbri nurla dolsun! Allah səbir versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol