Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
N.Zeynalov bu vəzifəyə 6 fevral 2018-ci ildə təyin edilmişdi.
Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirilib, saxlanılanlar var.

Şərhlər
Bütün bu neqativ hallar xalqımızın birliyini sarsıdır. Bu müharibə vaxtı xalqımızın yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməyimiz, mənfur düçməni sarsıtdı. Gəlin digər sahələrdə də birləşək və neqativ hallara qarşı mübarizə aparaq. Korrupsiya, rüşvətxorluq, dövlət əmlakını talama, məmur özbaşınalığı və s. və i... bütün belə hallar Xalqı uçuruma aparır...
Canab Prezident Rabitə nazirin 1-ci müavini Əli Abdullayev bu sinifdəndir,ikisinində arxasında bir nəfər dayanır keçmiş əmlak və başda Ramiz Mehtiyev,Əli Abdullayev sizin 12 yanvar 2018-ci ildə imzaladığınız fərmandan,istifadə edərək Aztelekom,Baktelekom,Azərpoçt mmc-lərində kütləvi şəkildə,struktur islahatlar adıyla mütəxəsis rabitəçiləri işdən kənarlaşdırıb,qısa müddətdə isə ixtisara saldığı rabitəçilərdəndə çox kənardan rabitə təhsili,təcrübəsi olmayanları yüksək əmək haqqı ilə işə götürüb.1785 saylı fərmanda isə Rabitə nazirliyinə digər qurumların birləşməsindən irəli gələn məsələlərin həll edilməsindən yazılmışdı,amma Əli Abdullayev Biləsuvarın keçmiş icra başçısı kimi fərmandan neqativlik yolunu seçmişdir.
Şəki yenədə yaddan çıxdı ? Şəki İHB -ı Elxan Usubov 10-ildir ki, başçıdır, 1-ci müavini Həsən Həsənov 22-ildir həmin vəzifədədir , o cümlədən 22-ildir YAP sədridir, Hümanitar sahə üzrə müavini Zərinə Cavadova 17- ildir, İqtisadiyyat sahəsi üzrə müavin Xəlil Xəlilov 30-ildən çoxdur, E.Usubov özü ilə gətirdiyi, türmə həyatı yaşamış Nizami İsmayılov İHB müavini vəzifəsini icra edir, Hüquq şöbəsinin müdiri Əhmədiyə sovet dönəmindən işləyir, Ərazi İdarə etmə şöbəsinin müdiri Rəfail Mənəfov 30-ilə yaxındır həmin vəzifədə işləyir, Həyat yoldaşı və Əmisi qızıda Uşaq baxçasının müdiridir.. Belə bir rayonda inkişaf olarmı ???