Laçın rayonunun ərazisində yerləşdiriləcək rayonun adı yazılmış lövhə hazırlanıb.
“Report” xəbər verir ki, lövhə rayonun hüdudlarında yerləşdiriləcək.
Qeyd edək ki, erməni silahlı birləşmələri 1992-ci ilin mayın 18-də Laçın rayonunu işğal edib. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin bu ilin noyabrın 10-da imzaladıqları birgə bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla da rayonun 28 il, 6 ay, 12 gün davam edən işğalına son qoyulub.


Şərhlər
Doğrudan da zəifdir. Həm də təkrarçılıq var.
BAYRAĞIMIZIN RƏNGLƏRİNDƏN İSTİFADƏ EDİLSƏ DƏ LÖBVƏ ÇOX ZƏİF DİZAYN EDİLİB. LAÇIN RAYONUNUN TƏBİƏT VƏ ƏZƏMƏTİNİ EHTİVA ETMİR . MƏNCƏ BU LÖVHƏYƏ 20 MANATDAN ARTIQ VƏSAİT XƏRCLƏNMƏYİB.